Fevralın 16-dan 18-dək İzrailin paytaxtı Təl-Əvivdə kişi və qadın cüdoçular arasında 2023-cü ilin ikinci "Böyük Dəbilqə" turniri keçiriləcək. Azərbaycan da daxil olmaqla turnirdə 56 ölkədən 411 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Ölkəmiz sözügedən turnirə 11 tatmi ustası ilə qatılacaq. ki, bu 11-likdə də aşaəğda adları yazılanlar cəmləşib: "Böyük Dəbilqə"nin 3 qat qalibi Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Nurlan Osmanov (73 kq), Zəlim Tskayev, Rüstəm Orucov (hər ikisi 81 kq), Məmmədəli Mehtiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zəlim Kotsayev (100 kq), Uşanqi Kokuari və Camal Həmzatxanov (hər ikisi +100 kq).
Qeyd: Rüstəm Orucov ilk dəfə olaraq, 73 kq-da deyil, 81 kq-da tatamiyə çəxaraq, özünü bu çəkidə sınayacaq. 2-4 fevral aralığında mövsümün Parisdə (Fransa) keçirilən ilk "Böyük Dəbilqə" turnirində də Orucov 81 kq-da çıxış etməliydi. Lakin yüksək hərarət nəticəsində ona bu çəkidə özünü sınamaq qismət olmamışdı. Yeri gəlmişkən Azərbaycan yığması Paris dəbilqəsində bir dəst (1-1-1) medalla Fransa (4-3-4), Hollandiya (2-0-2) və Gürcüstandan (2-0-1) sonra komanda hesabında 4-cü yeri tutmuşdu. Medallara gəlincə qızılı Balabəq Ağayev (60 kq), gümüşü Murad Fətiyev (90 kq), bürüncü isə Zəlim Kotsayev (10 kq) qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.