24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Yurd həsrəti ilə yaşayan xanım...

2 il əvvəl 1020 01

Ötən əsrin 60-cı ilində, yayın qızmar günlərinin birində, Göyçə mahalında, Basarkeçər rayonunun Kəsəmən kəndində yaşayan, fizika-riyaziyyat müəllimi Qasım kişinin ailəsində bir qız uşağı dünyaya gəlib. Adını Almaz qoyublar. Qayğısız uşaqlıq illərini yaşayan bu qız, yeddi yaşına çatanda böyük həvəslə məktəbə yollanıb, şagird adını qazanıb. Elə bu həvəslə də Kəsəmən kənd orta məktəbini fərqlənmə ilə bitirib. Sonra paytaxta üz tutub- indiki Bakı Dövlət Universitetinə qəbul olunub və ali təhsilini 1984-cü ildə filoloq kimi orada başa vurub...

Deyir ki,- “Rəhmətlik atam söyləyərdi ki, "a bala, gün axşamacan işlə məşğul olun ki, yerinizə girən kimi yuxuya gedə biləsiniz. Bir də yatmamışdan əvvəl hökmən özünüzdə qeydlər aparın ki, bu gün nə kimi işlər görmüsünüz, hansı xeyirxah əməlin sahibi olmusunuz”. Atamın bu nəsihəti ömrüm boyu mənim nəzərimdə olub. Oxucuya hesabata gəlincə, əgər insan özü-özünə hesabat verməyi bacarırsa, oxucusu ilə münasibətdə çətinliyi olmaz. İz qoymaq ağır və ciddi məsələdir. İnsan özü deyə bilməz ki, mən bu izi açmışam və ya bu mənim izimdir, bu qeyri-səmimi bir etiraf olardı. Onu deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında milli azadlıq, milli mübarizə, milli özünüdərk, milli özünəqayıdış kimi məsələlərin poetik çığırında axtarışlarım, tədqiqatlarım olub. Kifayət qədər elmi yeniliklərə nail ola bilmişəm. 1918-1920-ci illər ədəbiyyatını, o cümlədən Məmməd Araz və Xəlil Rza Ulutürk yaradıcılığını araşdırmışam. Bu iki nəhəng ədəbi simanın gənclik simvolu olaraq Ülvi Bünyadzadə yaradıcılığını diqqətə çəkmişəm və s.. Ədəbiyyata töhfəm o olub ki, yazdığım, ürək qoyduğum, könül bağladığım yüzlərlə elmi-ədəbi məqalələr, Azərbaycan-özbək ədəbi əlaqələri müstəvisində iki xalqın tarixi dostluq, ədəbi ənənə, ədəbi təsir və ədəbi təmayüllər üzərindəki əlaqələri və s. kimi məsələləri önə çəkməyə çalışmışam. Bundan əlavə ata yurdumun, doğma elimin tarixini yazmışam: 600 səhifəlik "Göyçə mahalı - Kəsəmən kəndi. Bir kəndin tarixindən səhifələr" adlı kitabımı kənd camaatımıza, elimə töhfə etdim. Gələcək nəsil bilsin ki, onun belə bir yurdu olub və o yurdu unutmasın, onun dalınca getsin, itirilmiş, oğurlanmış əmanətimizi geri almağa çalışsın. Daha bir işim də o olub ki, 20 yanvar şəhidi 20 yaşlı nakam Ülvi Bünyadzadənin ədəbi irsini oxuculara təqdim etmişəm.”

Haqqında söhbət açdığım Almaz Ülvi- Binnətova universiteti bitirdikdən sonra, 1984-1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993-1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri işləyib. 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə edib. 2010-cu ildə "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 30 ildən çoxdur ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. On beşdən çox kitabın müəllifi, beş kitabın tərcüməçisi və onlarla kitabın toplayıb nəşrə hazırlayanıdır...

“Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası hər zaman maraqlı, yenilikçi ruhda, bəşəri düşüncəli, milli mövzulu və s. kimi məzmunda nümunələri ilə zəngin olub, yenə də elədir. Müqayisəyə gəldikdə isə, hər dövrün, zamanın aynasını onun poetik nümunələrində görmək mümkündür. Bu gün də elədir. Yəni, poeziya, nəsr yazan adam onu illər öncə oxuduğu əsərlərlə müqayisə edib yazmır ki… Şeir yazmaq könül məsələsidir. Bu gün Azərbaycan ədəbiyyatında xeyli sayda maraqlı əsərlər yazılıb. Milli özünüdərk konteksindən yanaşanda, yeniliklərlə rastlaşırıq. Bizim gənclik illərimizdə Cənub mövzusu ən ağrılı yerimiz idisə, indi Qarabağ dərdi ürək ağrımızdır. Hamısı da yad, düşmən ünsürlərin yaratdığı problemlərin məhsuludur. Sanki oradan Cənub dirəklərini kəsərək gətirib Qarabağ sərhəddinə çəkdilər. Bunlar da birbaşa həyatımızla, hiss və düşüncələrimizlə illərlə bağlı məsələ olduğundan ədəbiyyatımızda, şeirimizdə özünü göstərir. Azərbaycan poeziyasının klassik ənənələr üzərində formalaşdığından, bu gün onun vəziyyətindən narazı qala bilmərik. Yeni nəsil öz yeni və milli ənənələrlə zəngin ruhu ilə poeziya meydanımıza daxil olub. Hamının yazdığı gözəl ola bilməz ki?! Zamanın süzgəcinə ehtiyac var.”- söyləyir.

El-obasına çox bağlı adamdır. İndi düşmən tapdağı altında olan torpaqlarımız- ata-baba yurdu Kəsəmən haqqında ürək yanğısıyla elə danışır ki, adamın gözləri yaşarır. Həsrət, ayrılıq dərdi onu çox incidir.

Deyir ki,- “Bizim kəndimizin tarixi çox qədimdir. Kəndimizdə elə məsəllər var ki, onlara başqa yerlərdə rast gəlməmişəm, onlar təkcə bizim kəndə aiddir. Məsələn, biri birinə deyirdi ki, Uğuz (Oğuz) ölüsü kimi boyun nə yaman uzanıb. Orada alban-xristianlıq dövrünə aid abidələr, üzərində xaç olan daşlar vardı. Biz o vaxt bilmirdik ki, bu abidələr bizim tariximizlə bağlıdır. Xristian keçimişimiz barədə məlumatımız yox idi. Təsəvvür edin ki, kənddə yeni ev tikmək istəyənlər torpağı bir az qazan kimi oradan çoxlu küplər çıxırdı. Hətta bir dəfə içində skelet olan küp qəbir aşkarlandı. İnanın ki, o skelet qətiyyən ovxalanmamışdı, küpün içindəki skelet təxminən iki metrdən hündür idi. Sonra qayıdıb həmin skeleti küpün içində yenidən basdırdılar. Buna “Uğuz ölüsü”, yəni “Oğuz ölüsü” deyirdilər. Elə bu faktlara baxanda kəndimizin tarixinin nə qədər qədimlərə gedib çıxdığını görürük. Dilican dağının ətəyinin o tərəfi Qazax, bu tərəfi isə biz idik. Orada müxtəlif tayfalar vardı. Bizim tayfamıza Şeşəli tayfası deyirdilər. Kəsəmən kəndinin də binəsini ulu babam şeşəli Emin qoyub. Mən belə eşitmişəm, bizə belə deyiblər...”

Sevinir ki, dövlət rəhbərimiz Qərbi Azərbaycan məsələsini gündəmə gətirib. Qayıdışla bağlı işlər görülür. Ümumiyyətlə, Almaz xanım çox fəal insandır. “Facebook” sosial platformasında izləyiciləri ilə bölüşdüyü fikirlərdə, dostlarının yazdıqlarının altında bildirdiyi şərhlərin hər birində, bu vətənpərvər alimin insanpərvərliyi, xalqa, dövlətə məhəbbəti açıq-aşkar görünür...

Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com