22 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

1 il əvvəl 7290 01

Rəhman Orxan:

1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Vətən öz şəhidlərini unutmur!

20 noyabr 1991-ci ildə erməni faşistləri Ağdamdan qalxan hərbi Mİ-8 vertolyotunu Qarakənd səmasında vuraraq, xalqımızın vətənpərvər, igid oğullarını, ümumilikdə 22 nəfəri qətlə yetirmişdilər

Həmin dəhşətli gün xalqımızın Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, Vəli Məmmədov, Alı Mustafayev, İqor Plavski,  Qurban Namazəliyev kimi və digər qeyrətli oğulları ilə birgə Azərbaycanın Əməkdar jurnalisti, Prezident Aparatının Mətbuat xidmətinin rəhbəri, uzun illər "Vışka" qəzetinin redaktor müavini olmuş Osman Mirzəyev də həlak olmuşdu. O, 1937-cil aprelin 13-də, özünün də gülə-gülə, inanılmaz nikbinliklə dediyi kimi, "nəhs ildə, nəhs gündə" dünyaya gəlmişdi. Ancaq yaşadığı 54 ildə təkcə qələm yoldaşlarının deyil, bütün xalqımızın, o cümlədən minlərlə oxucusunun və AzTV-də böyük ustalıqla, peşəkarlıqla aparıcısı olduğu "Dalğa" verilişi ilə televiziya tamaşaçılarının - milyonların böyük rəğbətini, hörmət-ehtiramını qazanmışdı.
Osman müəllimin respublikanın bütün qələm adamları ilə, əksər ziyalılarla çox yaxın ünsiyyəti, səmimi münasibəti vardı. Onun cəmiyyət və hadisələrə özünəməxsus yanaşma tərzi, qeyri-adi baxışı, cəlbedici söhbətləri, müdrik fikirləri, Azərbaycanın sabahı ilə bağlı işıqlı düşüncələri o qədər maraqlı, məzmunlu olurdu ki, hətta poeziyamızın Xəlil Rza kimi nəhəngi, azadlıq cəngavəri də ona heyranlıqla qulaq asırdı.
Azərbaycanın bir çox yazıçı və şairləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri öz yeni kitablarını Osman müəllimə böyük ehtiramla, avtoqrafla bağışlamaqdan məmnunluq, fəxr duyurdular. Yazıldığı ildən asılı olmayaraq, həmin səmimi avtoqraflarda Osman müəllimə - o böyük şəxsiyyətə olan hörmət, səmimi münasibət açıq-aydın duyulur. O kitablar arasında xalqımızın görkəmli, vətənpərvər oğulları - akademik Ziya Bünyadovun, Xalq şairi Bəxtiyar Vahabzadənin və digər tanınmış şəxslərin də əsərləri var. (Osman müəllimə hələ Universitetdəki tələbəlik illərindən başlayaraq bağışlanılmış kitabların bir qismini mənə onun böyük qızı Nərgiz xanım yadigar olaraq bağışlamışdır).
Azərbaycanın görkəmli oğlu Osman Mirzəyevin kitabxanasında yüzlərlə avtoqraflı kitablar bu gün də qalmaqdadır. Aşağıda təqdim edilən, Osman müəllimə böyük rəğbətlə ünvanlanmış həmin avtoqraflardan nümunələr onun xalqımızın necə böyük sevgisinə, hörmət-nüfuza malik olduğunu təsdiq edir.

"OSMAN BƏY, TUTDUĞUN YOLLA NƏ GEDƏRDİM!.."

- bunu vaxtilə xalqımızın sevimli şairi Məmməd Aslan şəxsiyyətinə və qələminə böyük hörmət bəslədiyi, istedadı, qeyrəti, vətənpərvərliyi ilə öyündüyü Osman Mirzəyevə bağışladığı "Ərzrumun gədiyinə varanda" kitabında yazmışdı...

Bəxtiyar Vahabzadə -"Мы на одном корабле" - "Əzizim Osman üçün böyük uğurlar arzusu ilə müəllifdən. Bəxtiyar" (imza) 15.10.83
Бахтияр Вагабзаде - "Чувствую вращение Земли" - "Köhnə tələbələrim Osmana və Solmaza müəllifdən. Bəxtiyar". 3.12.65
Академик З.М.Буниятов - "Государство Атабеков Азербайджана (1136-1225 годы)" - "Осману Мирзоеву с наилучшими пожеланиями! Зия Буниятов". 22.III.85
Məmməd Araz - "Seçilmiş əsərləri". "Sənət qardaşım, qələm dostum Osman Mirzəyevə müəllifdən". 19.09.86
Elçin -"Min gecədən biri" (Gənc yazıçının ilk kitabı) - "Hörmətli Osmana ən yaxşı arzular naminə. Elçin". 26.9.66.
Məmməd Aslan -"Ərzurumun gədiyinə varanda" (səyahət cizgiləri, yol düşüncələri). "Doğma kəlməsinin tərcümeyi-halını bilməyən millətinin də keçmişini, indisini düz-əməlli bilməz, Osman bəy. Tutduğun yolla nə gedərdim!.." 29.VIII.85
Hidayət -"Sabaha çox var" (nəsr, publisistika). "Qeyrətli ziyalımız, xeyirxahımız Osman müəllimə yadigar qalsın". 12.04.1991. Bakı.
Nurəddin Babayev - "Bahar övladları" - "Ən yaxşı felyetonlar müəllifi Osmana Nurəddin müəllimdən". 3.III.60
Nurəddin Babayev - "Biz Azərbaycandanıq" - "Əziz Solmaz və Osmana müəllimlərindən xatirədir". 8.IV.65
Владимир Кафаров - "Лермонтова, 123" - imza
Qulam Məmmədli -"İmzalar" - "Əzizim Osman! Yəqin ki, mətbuat və tariximizlə məşğul olduğun saatlarda bu kitaba baxmalı olacaqsan, onda mən də yadına düşəcəyəm... Mənə bu da bəsdir. Səmimiyyət və hörmətlə: Qulam". 18.II.78. Bakı.
Famil Mehdi - "İnsan unudulmur" - "Qələm dostum, qardaşım Osman Mirzəyev üçün. Ən səmimi və xoş arzularla..." İmza. 14.4.77.
Elturan Avalov, Azərbaycanın Əməkdar incəsənət xadimi- "Архитектура города Шуши"- "Hörmətli Osman müəllimə ən gözəl arzularla". 10.V.78
Əbülqasım Hüseynzadə - "Rəvayətlər" - "Əzizim Osmana xoş arzularla. Öpürəm səni! Əbülqasım". 10.01.75
Aqşin Babayev -"Ağ ulduzlar" - "Çox istədiyim yaxşı dostum, zəkalı qardaşım Osmana Aqşindən xatirə". 30.XI.77
Rəfiq Zəka -"Şeirlər" - "Qardaşım Osmana yadigar". 27.XII.1967
Заур Кадымбеков - "Здесь Азия встречается с Европой" - "Осману Мирзоеву, моему коллеге, товарищу, человеку, с которым мы идем по жизни нога в ногу, друг за другом. Только сейчас наши пути расходятся. Надеюсь в будущем они вновь сойдутся. Если уж Азия встречается с Европой, то нам это сделать гораздо легче. Было бы желание. Заур". 8.III.82
Vaqif İbrahim - "Стихи" (Москва, "Молодая гвардия") - "Hörmətli Osman Mirzəyevə ən xoş arzularla müəllifdən. İmza. 11.0.78
Loğman Rəşidzadə - "Bəyaz dünya" - "Böyük qardaş qədər xətrini istədiyim, əziz dostum, həmişə adını fəxrlə andığım, savadına, iti, çevik ağlına, bütöv şəxsiyyətinə hörmət etdiyim Osman müəllimə. Loğman.". 11.10.85
Ариф Сулейманов - "Перед бурей" - "Osman müəllimə dərin hörmət və səmimiyyət hisslərilə". 24.02.86
Ю.Р.Джафаров - "Гунны и Азербайджан" - "Глубокоуважаемому Осману Мирзоеву с глубокой благодарностью за интерес к трудной работе медиевистов от автора". 6.01.86
Н.Г.Касумзаде, В.М.Карпущенко - "Стальной узел дружбы" - "Осману Мирзоевичу. Глубокоуважаемому и неутомимому труженику любимой нашей газеты "Вышка" в знак благодарности и признательности за пропаганду достижений передовой советской науки и техники от автора, профессора Касумзаде". 10 мая 1977 г.
Гюльтекин Султанова - "Поэзия М.А.Сабира в русских переводах". - "Дорогим Осману и Солмаз с самыми добрыми пожеланиями. Пусть будут счастливы Ваши дети. Гюльтекин". 19.10.80"
"Çeşmə" (ədəbi məcmuə) - "Tələbəlik və Xam torpaq yoldaşım, jurnalist dostum Osmana Əzim İsmayıllıdan xoş duyğularla". 20.III.1981
Sərdar Əliyev - "Cənub mirvarisi" - "Qələm dostum, gözəl insan, təcrübəli və istedadlı yazıçı-jurnalist, səbrli tədqiqatçı Osman müəllimə ən xoş arzularla. Lerik". 11.9.87
Ю.Катков - "Революция надееется". - "Осману Мирзоеву! Моему коллеге, столько сил потратившему, чтобы убедить меня в таких простых истинах, как "под лежачий камень вода не течет, дорога начинается с первого шага", а посему подлинному издателю этой книжицы в знак сердечной благодарности и чувств особого толка!" 7.4.1987
Nəsir Əhmədov - "Səslər içində" - "19-cu səhifənin "müəllifi", qeyrətli həmkarım Osman müəllim üçün ən gözəl arzularla". 6.VII.1990.
Камил Мамедзаде, доктор искусствоведения - "Строительное искусство Азербайджана" - "Уважаемому Осману Мирзоеву c самыми добрыми пожеланиями от автора". 12.06.84
Vaxtilə öz kitablarını Osman müəllimə böyük hörmətlə şairlərdən Mir Mehdi Seyidzadə, Mansur Vəkilov, Perets Savin və digərləri də bağışlamışlar.

Osman müəllimin iki kitabda etdiyi qeydlər:

Самед Вургун - "Знаменоносец века" - "XX əsrin böyük sənətkarlarından olan Səməd Vurğunun mənim kitabxanama olan töhfəsi. Mirzəyev Osman". 7 mart 1954-cü il.
И.Груздев - "Горький" (Жизнь замечательных людей) - "Эту книгу купил в Казахстане 25-го сентября 1958 года, перед отлетом в Баку с Актюбинска, после работы на Целине" - Баку, 3.I.59.(Sonda qızı Lalənin qeydi: "Bu kitabı bir-neçə saata oxudum" - "Прочла за несколько дней, когда училась в 6-м классе")

Rəhman ORXAN.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com