1-3 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Azərbaycan Mühəndislik Akademiyasının birgə təşkilatçılığı ilə “Fevral Məruzələri 2023: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” VIII beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib. Hibrid formatda təşkil olunan konfransda həm yerli, həm də Türkiyə, Belarusiya, Rusiya, Almaniya və Qazaxstandan olan xarici mütəxəssislər iştirak edib.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aynur Abdulkərimova konfransda Avropa Birliyinin HORIZON 2020 POEMS layihəsi çərçivəsində Çex Respublikasından olan mütəxəssislərlə birgə tədqiqat mövzu üzrə “Открытие новой [WR] звезды” (Yeni [WR] ulduzunun aşkarlanması) adlı məruzə ilə çıxış edib.
Təqdim olunan işdə J040901 ulduzunun spektral tipinin müəyyən olunması istiqamətində ulduza qədər məsafə təyin olunmuş, "Geneva evolutionary tracks" məlumat bazası vasitəsilə ulduzun Hersşprunq-Ressel diaqramında, klassik Volf-Raye ulduzları arasında və qalaktika müstəvisindən mövqeyi müəyyən olunmuşdur. Nəticə olaraq, ulduzunun klassik WR ulduzu deyil, planetar dumanlığın [WR] mərkəzi ulduzu olması alınmışdır.
Çıxışın yekununda konfrans iştirakçılarına HORIZON 2020 POEMS haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.