BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Vazeh Baxşıyev tərəfindən “Azərbaycan ərazisində yayılmış səhra və yarımsəhra bitkilik tipinin bioekoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi ölkə ərazisinin böyük hissəsini əhatə edən Kür-Araz ovalığında səhra və yarımsəhra bitki örtüyü haqqında geniş məlumat verib. Qeyd edib ki, quraqlıq səhra üçün xarakterik xüsusiyyətdir, burada əsas bitki örtüyünü quraqlığa davamlı bitkilər – kserofitlər (sukkulentlər, freatofitlər) təşkil edir. İstər Azərbaycanda, istərsə də dünyada (xüsusilə də Turan ovalığının səhralarında) səhra landşaftının formalaşmasında əsas rol oynayan tərəçiçəkkimilər (Chenopodiaceae Vent.) fəsiləsinin nümayəndələridir.
Vazeh Baxşıyev regionda qış otlaqlarının geniş yayıldığını bildirib. Şoran şəhralarda geniş yayılmış yem əhəmiyyətli nümayəndələrdən ətli climacoptera, budaqlı qışotu, duzlaq çoğanı, çərən, gəngiz, ağ yovşan, qarağan və s. bitkilər payızın sonu, qış aylarında (şaxtalar düşdükdən sonra) xırda buynuzlu heyvanlar tərəfindən yaxşı yeyilir. Məruzəçi məhsuldarlığı yüksəltmək və onlardan səmərəli istifadə yollarını tapmaq üçün təbii otlaq və biçənəklərin bitki örtüyünün vaxtaşırı öyrənilməsinin, botaniki tərkibini keyfiyyətli yem otları ilə zənginləşdirməyin aktual olduğunu bildirib.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.