Azərbaycanda ilk dəfə “Flaminqo Festivalı” - Qızılağac Milli Parkında
Milli Parkın yaradılmasının 5 illiyi münasibətilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edib.
İştirakçıların hər birinə festivalın loqosu əks olunan döş nişanları və papaqlar paylanılıb.
İştirakçılar balıqartırma zavodu tərəfindən yetişdirilən müxtəlif növ balıqların olduğu böyük akvariumu izləyiblər. Festival çərçivəsində “Qırmızı Kitab”ın III nəşrinin təqdimatı, ekoviktorina keçirilib, bir neçə Turac quşu milli parka buraxılıb.
Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə keçiriilən "Flaminqo festivalı"nın yaddaqalan olması üçün iştirakçılara parkın girişində olan göldə flaminqo və digər nadir su quşları nümayiş olunub, tədbir boyu park ərazisində faytonla gəzinti təmin edilib. Həmçinin, Qızılağacda yaradılmış yeni turizm marşrutunun təqdimatı və bu marşrut üzrə ilk dəfə qayıqlarla gəzintinin təşkili də festivala xüsusi rəng qatıb.
Bundan başqa, festivalda kvadrasiklların yarışı, ekstremal şəraitdə sağ qalmaq metodlarının əyani icrası və ilanlarla davranış qaydalarının nümayiş olunub.
Flaminqo konseptinə (rənglər, dizayn və s.) uyğun təşkil edilən festivalda yerli suvenirlərin və əl işlərinin satış yarmarkası olub.
Festivalda konsert proqramı təşkil olunub.
Axşam saatlarınadək davam edən festival xüsusilə turistlərin marağına səbəb olub, iştirakçılar təbiətin möhtəşəmliyi ilə tanış olmaq imkanı qazanıblar.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, festivalda 300-dən çox ziyarətçi iştirak edib: “Tədbir çərçivəsində bir milyona yaxın balıq körpəsi Qızılağac Milli Parkından Xəzər dənizinə buraxılıb. Eyni zamanda Kiçik Qızılağac Balıqartırma Təsərrüfatından isə ümumilikdə 4 milyondan çox çəkikimi balıq körpəsi təbiətə buraxılıb. Hazırda Azərbaycanda flaminqoların sayı ilə bağlı dəqiq rəqəm yoxdur. Qızılağac, Abşeron, Şirvan Milli Parklarında flaminqolar var. Hazırda dəqiq say yoxdur, çünki sayım prosesi yaz aylarında olur. Lakin Qızılağacda sonuncu dəfə 100-ə yaxın flaminqo müşahidə olunub”.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.