ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN YÜKÜ – VƏZİYYƏT NECƏDİR?
Dr Nabil Seyidov, t.ü.f.d.
Mərkəzi Gömrük Hospitalının rəis müavini, həkim-kardioloq
17 noyabr 2023-cü il, Bakı şəhəri.
Ürək-damar xəstəliklərinin müalicəsində qazanılan tərəqqi yavaşlayır. Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində yerimə” müşahidə edilir və müvafiq mütəşəkkil şəkildə addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaqdır.
Hər il yarım milyarddan çox insan ÜDX-nin təsirinə məruz qalmaqda davam edir və 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötmüşdür.
Vaxtından əvvəl infarkt və insultların 80% hallarının qarşısını almaq mümkündür. Son 50 ildə ÜDX-nin öyrənilməsi və menecmentində əldə edilən nailiyyətlər nəticəsində hazırda dünyada bunun üçün mövcud resurslar, alətlər və müdaxilə imkanları var.
Amma bir çox icmallarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ÜDX-nin menecmentində irəliləyişlərin əldə olunmasına imkan vermir.
Hər 5 ÜDX səbəbindən baş verən ölümdən təxminən 4-ü aşağı və orta gəlirli ölkələrdə baş verir. Yüksək gəlirli ölkələrdə, sirr deyil ki, ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Lakin bu, eyni zamanda ölkələr arasında bərabərsizliyin olduğuna işarə edir.
ÜD sağlamlığına təsir edən universal və endemik risk faktorları mövcuddur. Lakin mortalite və morbiditeyə təsir edən - tütün və alkoqollu içkilərdən istifadə daha çox yayıldığı və qida ilə daha çox duzun istehlakı, habelə hava çirklənməsi və fiziki aktivliyin azalması ÜDX-nin yükünü və onların səbəbindən ölüm hallarını artırmış olur.
Əhalinin sağlamlığına göstərdiyi mühüm təsiri, ağır sosial, tibbi və iqtisadi yükünü də nəzərə alaraq, ÜDX-nin profilaktikasına və erkən müdaxilələrlə müalicəsinə
laqeyd yanaşmaq ciddi səhv olardı.
2010-cu il ilə müqayisədə dünya dövlətləri 2025-ci ilə qədər QİX-dən ölüm hallarını 25% azaltmağı hədəfə almış olsa da, ona nail olmaqda ciddi çətinliklər var. Lakin, müxtəlif istiqamətlərdə genişmiqyaslı fəaliyyətlərin sürətləndirilməsi ilə 3-cü və 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq – QİX-dən vaxtsız ölümlərin 30% azaldılmasına nail olmaq mümkündür.
Onilliklər ərzində dünyada ÜDX-ləri ölümlərin əsas səbəbi olmuşdur. Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ÜDX-dən 12.1 mln insan ölmüşdürsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olmuşdur.
Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.
Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür.
Təəssüf ki, ÜDX-də mövcud azalma tempi dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün kifayət deyil. Bu səbəbdən də, dövlətlər QİX və xüsusilə də, ürək-damar xəstəliklərinin profilaktikası məsələlərinə daha çox üstünlük verməlidirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.