Cənubda təbiət bayramı – «Flaminqo Festivalı»
Qızılağac Milli Parkının yaradılmasının 5 illiyi münasibətilə
Noyabrın 21-də Qızılağac Milli Parkında “Flaminqo Festivalı” keçiriləcək.
Milli Parkın yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirin Flaminqo quşunun adı ilə bağlanması təsadüfi deyil. Flaminqo nadir quşların məskəni olan Qızılağac Milli Parkının daimi sakinidir.
Dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin və digər aidiyyatı qurumların iştirak edəcəyi festivalın təşkilində məqsəd bu nadir parkın fəaliyyətini, həmçinin digər milli parkların təbliği istiqamətində görülən işləri, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməkdir.
Festivalın gündəliyinə respublikadakı Milli Parkların stendlərilə tanışlıq, balıqartırma zavodu tərəfindən quraşdırılan böyük akvariumda balıqların nümayişi, III nəşr “Qırmızı Kitab”ın təqdimatı, viktorinaların, digər aksiyaların və yarışların, yarmarkaların keçirilməsi, əl işləri, sənətkarlıq və folklor musiqi nümunələri ilə tanışlıq, Milli Park ərazisində faytonla gəzinti, körfəzdə gəmi gəzintisi, flaminqo və digər su quşlarının nümayişi və s. daxildir.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.