Osman Gündüz:
Qarabağ Dirçəliş Fondunun nə seçdiyi forma, nə də nəzərdə tutduğu xərclər ağlabatan deyil
Qarabağ Dirçəliş Fondu 1.2 milyonluq kitab məsələsinə aydınlıq gətirib.
Baxıram ki, Fond həqiqətən kitab buraxacaqlarını, lakin bunun fəqli bir proses olduğunu, müxtəlif dillərdə və variantlarda olacağını , təqdimatlar, müzakirələr və s. olacağını açıqlayıb.
İstənilən halda, söhbət "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılmasından, həm də onun Dubayda qeydiyyatda olan "Media Prima Advertising" şirkəti tərəfindən hazırlanmasından gedir.
Həqiqətən də nəzərdə tutulan xərclər ağlabatan görsənmir.
Baxmayaraq ki, Fond xərclərin ianələrdən toplanan vəsaitdən deyil, Fond tərəfindən yatırılan investisiyalardan əldə olunan gəlirlərdən formalaşdığını bildirib.
Yeri gəlmişkən, Fondun vəsaitlərindən investisiya məqsədilə istifadə ağlabatan və məntiqlidir, amma gərək bu prosesdə ciddi şəffaflıq və hesabatlılıq olsun .
Düşünürəm ki, Fondun niyyəti təqdirə layiq olsa da seçdiyi forma səmərəli, effektiv və ağlabatan deyil.
Bəlkə də mahiyyət və forma etibarilə ən uğursuz variant seçilib.
Qarabağın faciəsindən Zəfərinə doğru olan prosesi daha innovativ ideya ilə, daha ağlabatan xərclərlə gerçəkləşdirə bilərdilər.
Bilmirəm ideya kimə məxsusdur. Düşünürəm ki, uğurlu deyil.
Fikrimcə, həm də tanıdığım üçün deyə bilərəm ki, Fondun rəhbəri Rəhman Hacıyev qarşıya qoyulan məqsədə çatmaq üçün daha uğurlu variant tapa bilərdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.