Şuşa şəhəri günü ilə əlaqədar videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Ə.Vahid adına 1№-li kitabxana filialının kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Səidə Rəcəbova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 8 Noyabr – Şuşa şəhəri günü elan edilməsi ilə əlaqədar “Əziz Şuşa, biz qayıtmışıq!” adlı videoçarx hazırladı.
Videoçarxın başlanğıcında tariximizin incisi, mədəniyyət beşiyi, saz və söz ocağımız olan Şuşa şəhəri haqqında məlumat verilir. Şəhərin əsasının XVIII əsrin ortalarında Qarabağ xanlığı ərazisində qoyulduğu vurğulanır. Qeyd olunur ki, xanlıq dövründə şəhər və qala xanın adı ilə Pənahabad adlandırılmışdır.
Daha sonra Qarabağın döyünən ürəyi, mənəvi paytaxtı hesab edilən şəhərin tarixi, yaşayış məskənləri, əhalinin adət-ənənələri, mədəniyyət və incəsənət xadimləri, memarlıq abidələri haqqında məlumat verilir.
Şuşa şəhərinin 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılır. 28 illik həsrətdən sonra haqq və ədalətin zəfəri nəticəsində doğma diyarımız Suşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad edildiyi qeyd olunur.
Videoçarxda Şuşa şəhərinin işğaldan əvvəl və sonrakı görüntüləri, tarix və memarlıq abidələrinin dağıdılması, Cıdır düzü, İsa bulağı, Topxana meşəsi və digər mənzərələri, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün fotoları yer almışdır.
Videoçarxda şair Ramiz Rövşənin səsi ilə “Şuşa” şeiri təqdim edilir.
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aforizmə çevrilmiş kəlamları verilir:
“Əziz Şuşa, Sən Azadsan!”
“Əziz Şuşa, Biz Qayıtmışıq!”
“Əziz Şuşa, Biz Səni Dirçəldəcəyik!”
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.