Dövlət Məşğulluq Agentliyi BDU tələbələrinə “Vaxtın səmərəli idarə edilməsi” mövzusunda təlim keçirib
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə tələbələr üçün “Vaxtın səmərəli idarə edilməsi” mövzusunda növbəti təlim keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrin karyera quruculuğu istiqamətində həyata keçirilən işlərdən danışıb. Sektor tərəfindən təşkil edilən belə təlim və infosessiyaların tələbələrin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu bildirib. DMA-nın Mərkəzi karyera filialının Karyera planlaması şöbəsinin aparıcı mütəxəssisi Aysel İsgəndərova vaxtın səmərəli idarəedilməsinin karyera quruculuğunda önəmi ilə bağlı məlumat verib. Qeyd edib ki, vaxtın səmərəli idarə edilməsi dedikdə, məhdud vaxtda müəyyən fəaliyyətlər arasında optimal planlaşdırma və koordinasiya nəzərdə tutulur. Təlimdə vaxtın idarə edilməsinin üstünlükləri, əsas prinsipləri, planlaması, faydaları kimi məsələlər müzakirə edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.