GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
Noyabrın 17-də “Bakı KOB evi”ndə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdırdır.
Forum Azərbaycanda sahibkarlığın formalaşmasında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilən “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir..
Tədbirdə dövlət rəsmiləri çıxış edəcək, panel müzakirə təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər. İştirakçı qismində foruma qatılmaq istəyən şəxslər noyabrın 10-dək aşağıdakı linkdəki anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yalnız dəvət alan şəxslərin foruma girişi təmin olunacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.