“Vətən daşı” növbəti tədbir – sərgi keçirilib
27 oktyabr Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Vətən daşı” növbəti tədbir – sərgi keçirilib.
Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 03 dekabr 2020-ci ildə Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədi ilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan İmran Qurbanovun, əsgər Mehdi Fərzullazadənin , kapitan Nurlan Mustafayevin, gizir Şəhriyar Quliyevin, çavuş Əli Məmmədovun , əsgər Ataməli Musaoğlunun və əsgər Murad Məmmədlinin əziz xatirələri yad edildi. Tədbirdə Yazıçılar İttifagının üzvü, şairə yazar Kamalə Abıyevanın müəllif olduğu “Ölümsüzlər” kitabında 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizlə bərabər İmran Qurbanovun qəhrəmanlığıda öz əksini tapmışdır.
Daha sonra sərgidə muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olundu.
Tədbirdə şəhid ailələri, Buzovna qəsəbəsi 5N-li Bakı Peşə məktəbinin tələbələri , BDU Tələbə Həmkarlar Təşkilatının könüllüləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabr ayının 3-nə qədər davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.