Ümummilli Lider Heydər Əliyev elm və təhsilin müasir dünya standartları ilə təşkili və bu sahədə inkişafın təminatına daim dəstək olmuş, elm və təhsil siyasətini əsas prioritet istiqamət kimi qəbul etmiş, regionlarda elmi tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin yaradılmasına köməklik göstərmişdir. 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi, eləcə də elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə 15 may 2023-cü il tarixində “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı respublika elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.
Konfransın əsas bölmələrini aşağıdakılar əhatə edir:
İqlim və su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi;
Landşaftlardan istifadənin müasir vəziyyəti;
Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri;
Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;
Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;
Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;
Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;
Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər;
Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri;
Qeyd: Məqalələr 5 may 2023-cü ilə qədər qəbul edilir.
Konfransda iştirak üçün müraciət edən tələbələr, doktorant və dissertantlar məqaləyə əlavə kimi elmi rəhbərin rəyini təqdim etməlidirlər.
Materiala olan tələblər:
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210x297 mm);
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm;
Çap: Times New Roman, ölçü (12 şrift);
ətirarası interval: 1,15;
Məqalənin həcmi: 5-7 səhifə;
Mətnin orijinallığı: ən azı 70%.
Məqalənin tərtibatı
Məqalənin içərisində mətnin yeri və quruluşu
Azərbaycan dilində:
Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada);
Müəllifin Adı Soyadı (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə);
Elmi dərəcə, elmi ad (kiçik hərflər, sağ tərəfdə);
İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə);
Xülasə (150 – 200 söz, şrift 11,);
Açar sözlər (5-7 söz, şrift 11).
Bir sətir aralı:
İngilis dilində:
Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada);
Müəllifin Adı Soyadı (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə);
Elmi dərəcə, elmi ad (kiçik hərflər, sağ tərəfdə);
İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə);
Xülasə (150 – 200 söz, şrift 11,);
Açar sözlər (5-7 söz, şrift 11).
Bir sətir aralı:
Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).
Məqalələrinizi mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə nauka1987@bk.ru ünvanına göndərməyiniz xahiş olunur.
Məqalənin tərtib FORMASI:
(nümunə):
Məqalənin adı
Akif Səmədov
filol.üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti, Azərbaycan
Email:
Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).
Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).
TITLE OF THE ARTICLE
Akif Samedov
PhD, Associate Professor
Baku State University, Azerbaijan
Email:
Abstract: text, text, text, text, text (min.150 words).
Keywords: text, text, text, text, text (5-7 words).
Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Гиркин, 1998: с.123).
İstifadə edilmiş ədəbiyyat:
Məmmədov Z.S. XXI əsr: iqtisadi inkişafın nəqliyyat faktoru. Bakı: Azərnəşr, 2002, 386 s.
Матанцева О.Ю. Основы экономики автомобильного транспорта. Москва: Юстицинформ, 2015, 288 с.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.