31 iyul 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Nəriman Qasımoğlu: Gülhüseyn Hüseynoğlu - 100

1 il əvvəl 3823 01

Nəriman Qasımoğlu:

Gülhüseyn Hüseynoğlu - 100

Qasım Qasımzadə İslam Səfərli haqqında xatirəsində yazırdı: “Yaşadığımız dövrlərin dözülməz sitəmlərini ancaq 37-ci il qurbanları çəkməmişdi. 40-cı illərdə, həmçinin 50-nin əvvəllərində yaradıcı ziyalıların bütün nəsilləri vahimə-qorxu içərisində idi. Həmyaşlarımızın bir dəstəsi – Gülhüseyn, İsmixan, Azər, mərhum dostumuz Hacı Zeynalov milli mənafe fədailəri kimi həbs edildikdən sonra ədəbi qüvvələrin yeni nəslinə etimadsızlıq güclənmiş, təqiblər artmışdı. O zaman, hələ 1948-ci ildə tələbə ikən "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət sahəsinə mən məsul idim. "Ədəbi gənclik" rubrikası altında portret-oçerklər verirdik. Əvvəl İslam Səfərli, növbəti nömrədə isə Gülhüseyn Hüseynoğlu barəsində şəkilləri ilə birlikdə məqalə dərc etmişdik. Sabahı eşitdik ki, Gülhüseyni tutublar. Komsomolun Mərkəzi Komitəsində birinci katibin yanındakı yığıncaqda öz yoldaşlarımızdan birisi (vaxtilə orqanda işləmişdi) məni ittiham etdi ki, yaradıcılığını partiyaya, sovet dövlətinə həsr edənlər dura-dura (özünü nəzərdə tuturdu, yeganə gənc şair idi ki, Berya haqqında şeir yazmışdı) tərifnamə çap etdirmisən, indi buyur cavab ver. Mən bu kəmfürsət, namərd həmlədən özümü güclə ələ alıb onun öz üsulu ilə hücuma keçdim: "Nə bilmək olar, - dedim, - bəlkə elə günü bu gün evinə çatmamış səni də tutdular... Sənin də "xalq düşməni" olmadığını biz hardan bilək?" Gülüşdülər, elə bil, təhlükəli xata-bəladan sovuşdum...”

İndiki oxucular üçün bəlkə də o dərəcədə inandırıcı gəlməz ki, qəzetdə sənin haqqında şəklinlə birgə yazı gedə və buna görə xeyli şöhrətlənəsən. Hamıya qismət olmurdu, təbii. Qəzetlər barmaq sayı, olanlar da ciddi senzura altında çapdan çıxırdı. Ədəbiyyata yeni gəlmiş, 22 yaşlı Qasım ozamankı ədəbi gəncliyin əsl havadarı imiş, "Azərbaycan gəncləri" qəzetində yaxından tanıdığı, dostlaşdığı gəncləri təbliğ edirmiş. Sonradan, 1947-ci ildə onu qəzetdə yeni yaranan şöbənin müdiri vəzifəsinə irəli çəkmişdilər və iki il ədəbiyyat və incəsənət şöbəsinə rəhbərlik etmişdi. Yuxarıda Gülhüseyn Hüseynoğlu ilə bağlı keçən epizodun pərdəarxası bir “məqamı” var və bu, onların hansı münasibətdə olduqlarına dair Qasım müəllimin şəxsən mənə danışdıqları bəzi ayrıntılara da işıq tutur.

Öncə qeyd edim ki, Gülhüseyn müəllimlə dostluqlarının tarixi tələbəlik illərinə gedib çıxır. Q.Qasımzadə danışırdı ki, yuxarıda adlarını çəkdiyi şəxslərlə tez-tez görüşər və söhbətlərində millətin taleyinə dair o zaman üçün xeyli romantik görünən arzularını dilə gətirərmişlər. Amma dostlarının gizli antisovet təşkilatından (“İldırım”) onun xəbəri yoxmuş. Həmin təşkilatın intensiv fəaliyyəti zamanı, bəlkə də təhlükəsizlik orqanlarının artıq izinə düşdüyü bir vaxtda Qasım müəllim məzuniyyət götürüb valideynləri ilə Kəlbəcər yaylağına köçübmüş.

Deyirdi “məni həbsdən qurtaran, çox güman, bu təsadüf oldu, yoxsa məni də aparmışdılar”. Onun Gülhüseyn Hüsenyoğluna aid “Azərbaycan gəncləri”ndə portret-oçerk dərc etdirməsi yaylaqdan qayıtdığı günlərə təsadüf edibmiş. Əslində, Q.Qasımzadədən hər hansı təqib təhlükəsini sovuşduran başqa bir məqam onunla bağlı olubmuş ki, Gülhüseyngilin təşkilat özəyinin həbs edilən üzvləri nəciblik göstərərək, ümumilikdə “millətçi dairə”yə daxil olan dostları barəsində müstəntiqlərinə heç bir açıqlama və ya ifadə verməyibmişlər. Qasım müəllim bunu da minnətdarlıqla xatırlayırdı.

Dostluqlarına dair maraqlı bir epizod yazıçının həbsdən qayıdanda küçədə Qasım müəllimlə rastlaşmağı ilə bağlıdır. Bu epizodu təəssüf ki, bəzən başqalarının adına çıxırlar.

Qasım müəllim yenicə evləndiyi həyat yoldaşı Tamara xanımla şəhərdə gəzintidə imiş. Bir də baxır təsadüfən üzləşdikləri şəxs Gülhüseyndir. Qucaqlaşıb öpüşürlər. Gülhüseyn həbsdən yenicə qayıtdığını bildirir. Qasım o zaman üçün məbləği az olmayan bir dəst pul çıxarıb dostunun cibinə basır.

Bu epizodu mənə danışanda zarafatla demişdim, əsl bəy balası kimi davranmısan, əhsən. Bəs o qədər pul səndə haradan idi? Gülərək bildirmişdi ki, valideynləri onu Şahsuvar bəyin nəvəsi kimi qoymurmuşlar korluq çəkə, tanınan gənc şair övladlarına tez-tez pul göndərirmişlər ki, kefindən qalmasın.

Qasım müəllim dünyasını dəyişəndən sonra mənə danışdığını Gülhüseyn Hüseynoğlu özü də bir çıxışında xatırlatdı. Yazıçılar Birliyinin Natəvan klubunda Qabilin 70 illiyi qeyd olunurdu. Çıxışçılardan biri Gülhüseyn Hüseynoğlu idi. Qabildən, dostlarından söz salarkən Q.Qasımzadəni də yad edərək həyatında iz salan həmin epizodu xoş bir xatirə kimi iştirakçılara danışdı.

Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır.

Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsl millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bunu da əlavə edirdi ki, neyləsin, başı çox çəkib...

Şəxsi həyatı da faciəsiz ötüşmədi. Qızının həlak olmasından Qasım müəllimin necə sarsıldığını, bəd xəbəri eşitcək həyəcanla evinə birgə getməyimizi o məşum hadisənin üstündən xeyli keçsə də yaxşı xatırlayıram.

Ömrünün son illəri idi, bir dəfə mənə zəng edib Müşfiqə şeir həsr edib-etmədiyimi soruşdu. Bir şeirimin olduğunu dedim, şeiri ona göndərdim. Və heç şəksiz, həyatı boyu Müşfiq yaradıcılığına mehr salması Müşfiqlə repressiya yoldaşlığına sədaqətindən də gəlməmiş deyildi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com