Rüstəm İsmayılov:
“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının açılışı olub
Oktyabrın 6-da Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının təntənəli açılış mərasimi olub.
Açılış mərasimi festivalın tərəfdaş məkanlarından biri olan “The Club Port Baku” idman klubunda baş tutub.
Azərbaycanda ilk dəfədir ki, özünüinkişaf və sağlamlıq sahəsi üzrə belə bir miqyasda möhtəşəm tədbir keçirilir.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.
Festivalda üç gün ərzində Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.
Açılış mərasimində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru və Beynəlxalq “Nine Senses” festivalının həmtəşkilatçısı Natalya Jukova açılış nitqi ilə çıxış edib. Natalya Jukova çıxışında ölkəmizdə sağlam həyat tərzinin inkişafı və təbliği baxımından festivalın keçirilməsinin əhəmiyyətini qeyd edib.
“Biz festivalı iki həftəyə hazırladıq, bu inanılmazdır! Komanda qısa müddət ərzində bu cür böyük layihəni həyata keçirməklə möhtəşəm iş bacardı.
Qeyd edim ki, festival növbəti iki gün ərzində daha da canlanacaq. Cümə günü rahat səhər məşqləri ilə başladıq -Tsiqun və Nəfəs Alma Texnikaları. Şənbə günü menecerlərimiz - İmran Kriya, Nandan Qautam, Anna Vladimirovanın çıxışları ilə davam edəcəyik.
Bazar günü isə “Sea Breeze Event Hall”da biznes panel və “Nine Senses”də müxtəlif və maraqlı proqram planlaşdırılır. Axşam konsertləri, tematik yarmarka, rəqs improvizasiyaları keçiriləcək. Bütün bunlar festival iştirakçılarını yeni təcrübələr və unudulmaz anlar yaşadacaq.
Hər il keçiriləcəyini gözlədiyimiz layihəmizə “Nine Senses”in təsisçisi Leyla xanım dəstək göstərib. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival ərəfəsində onların təcrübələrini festival iştirkaçılarına təqdim etməkdir”, - deyə Natalya Jukova əlavə edib.
Festival iştirakçılara insanın harmonik inkişafı üzrə bütün müasir dünya tendensiyaları ilə tanış olmaq imkanı verəcək. Festival ərəfəsində kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq.
Bildirək ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı oktyabrın 8-dək davam edəcək.
Xatırladaq ki, festival ANSA təhsil platforması ilə birgə təşkil olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.