İslandiyanın paytaxtı Reykyavik şəhərində badminton üzrə “RSL Iceland International 2023” turniri keçirilib. Turnirdə Azərbaycan badmintonçuları Keişa Fatimə Zəhra və Era Maftuha da iştirak edib. Cütlüyümüz həm şəxsi, həm də qoşa yarışa qatılıb. “Future” seriyalı turnirin şəxsi yarışında qadın badmintonçumuz Keişa Fatimə Zəhra daha yaxşı çıxış edərək gümüş medal qazanıb. Mübarizəyə 1/16 final mərhələdən başlayan Keişa müvafiq ardıcıllıqla ukraynalı Anna Mixalkovaya 2:1 (21-12,14-21,21-13), niderlandlı Nadia Çukrini 2:0 (23-21,21-16) danimarkalı Anna Siessini isə elə ilk setdəcə 21-10 hesabla məğlub edərək 1\2 finala yüksəlib. Bu mərhələdə isə o, Danimarkanın digər təmsilçisi Frederike Osterqaardı 2:1 (21-14,18-21,22-20) hesabla udaraq, finala cıxıb. Təəssüf ki, təmsilçimiz həlledici finalda istəyinə nail ola bilməyib. Bu dəfə də Danimarka təmsilçisi ilə qarşılaşan idmançımız 2:1 (16-21, 21-19, 20:22) uduzaraq “RSL Iceland International 2023”ün ikincisi olub.
Digər qadın badmintonçumuz Era Maftuha şəxsi yarışda İngiltərə və Moldova təmsilçisini məğlub etsə də, 1\4 finalda büdrəyib.
Qoşa yarışlara gəlincə, Keişa Fatimə Zəhra-Era Maftuha tandemi ilk iki qarşılaşmada Danirmarka və İslandiya təmsilçisini məğlub etsə də, 1/4 finalda italyalı rəqiblərinə məğlub olublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.