Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin mübarizə apardığı "Şahmat ulduzları" turnirinə blits üzrə yarışlarla yekun vurulub. Xatırladaq ki, turnirin ilk 3 günündə keçirilən və 9 turdan ibarət olan rapid yarışını 4 xalla 7-ci pillədə başa vuran Rəcəbov iki dövrədən və 18 turdan ibarət blitsdə isə 10,5 xalla 4-cü yeri tutub. Qeyd edək ki, iki gün davam edən blitsin ilk günü 4 qələbə qazanıb 4 heç-heçə edərək cəmi bir məğlubiyyətlə üzləşən şahmatçımız ikinci gün yenə də 4 qələbə qazansa da, heç-heçələrlə məğlubiyyətin yerini dəyişib. 1 heç-heçə, 4 məğlubiyyət. Burada isə ilk üç yeri müvafiq ardıcıllıqla rusiyalı şahmatçılar - Aleksey Qrişuk (14 xal), Sergey Karyakin və Vladislav Artemyev (hərəyə 12,5 xal) tutub. İki turnirin ümumi nəticəsinə görə isə Rəcəbob 14,5 xalla 5-ci olub.
Yeri gəlmişkən, mükafat fondu 15 milyon rubl (370 min manat) təşkil bu turnidə adıçəkilən şahmatçılarla yanaşı, Sanan Syuqirov, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadxvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) da mübarizə aparıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.