Xalqımızın sevimli qızı Qənirə Paşayeva vəfat etdi
Milli Məclisin deputatı, görkəmli ictimai-siyasi xadim, peşəkar jurnalist, yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının sevimli qızı Qənirə xanım Paşayeva səhhətində yaranmış ağır problemlə əlaqədar 28 sentyabr tarixində 48 yaşında vəfat etmişdir.
Qənirə xanımın yoxluğu hamı kimi bizi də çox incitdi. İllərdir ki, Qənirə xanımla səmimi dostluq münasibətlərimiz olmuşdur. Qənirə xanım həmişə kasıb təbəqənin yanında olmuş, bacardığı yaxşılığı heç kəsdən əsirgəməmişdir. Hətta mən 2008-ci ildə Türkiyə Böyük Millət Məclisində olarkən orada da məndən Qənirə xanımı soruşdular, xanıma salam çatdırmağı xahiş etdilər.
Qənirə xanımın dövlətimiz, dövlətçiliyimiz üçün, Türkçülük, Turançılıq üçün gördüyü işlər danılmazdır. Onun Azərbaycan-Türkiyə dostluq əlaqələrinin inkişafında böyük zəhməti, əziyyəti olmuşdur. Onu bilirəm ki, Qənirə xanım kimi insanlar 100 ildən bir dünyaya gələr.
Qənirə xanımın bir xoşbəxtliyi də o oldu ki, 19-20 sentyabr tarixlərində lokal antiterror əməliyyatları nəticəsində respublikamızın ərazi bütövlüyünün bərpasını, tam qələbəmizi gördü. Artıq Qənirə xanım xatirələrini daima əziz tutduğu şəhidlərimizə qovuşdu.
“Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi Qənirə xanımın vəfatından kədərləndiyini bildirir, doğmalarına, yaxınlarına başsağlığı verir, Allahdan səbr diləyir.
Allah rəhmət eləsin, məkanı Cənnət olsun.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.