27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında Vətən yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, Vətən Müharibəsi şəhidi Tural Rəşidovun həyat yoldaşı, Mərkəzi Gömrük Hospitalı Xəstə Xidmətləri şöbəsinin əməkdaşı Çiçək Rəşidova, İkinci Qarabağ müharibəsi iştirakçıları – Mərkəzi Gömrük Hospitalı Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov, Patomorfologiya şöbəsinin həkimi Emin Mirzəyev, Tibbi Xidmət İdarəsi Maliyyə şöbəsinin inspektoru Nicat Həsənov, DGK Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalına ezam olunmuş mühafizəçi Süleyman Süleymanov və "Azərterminalkompleks" Birliyindən MGH-ya təhkim olunmuş Elektron xidmətlər şöbəsinin baş inspektoru Kamran Mirzəyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Vətən müharibəsində şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Daha sonra Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan və fədakarlıqdan danışıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək 30 ilə yaxın bir müddət ərzində erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etmişdir. C.Məmmədov qeyd edib ki, şəhid ailələrinə, qazilərə dayaq olmaq bizim müqəddəs borcumuzdur və biz hər zaman onlara yardım etməyə hazırıq.
Eldəniz Hüseynov öz çıxışında müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkür etdi, 44 günlük müharibə dövründə Gəncə hospitalında xidmətindən danışdı.
Daha sonra söz alan Bəxtiyar Musayev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və hazırda baş verən hadisələr bütün dünyaya Azərbaycan xalqının həm necə döyüşkən xalq olduğunu, həm də hansı insani keyfiyyətlərə malik olduğunu bir daha sübut etdi.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Vətən müharibəsində qələbə qazanmışdır.
Bu qələbənin qazanılması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini Azərbaycan xalqı hər zaman ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.