Vətən Müharibəsi Veteranları və qazilərlə görüş təşkil olunub
Sentyabrın 25-də Azərbaycan Qan Donorluğunun İnkşafı Mərkəzi (AQDİM) və Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Veteranları və qazilərlə görüş keçirilib.
Görüşdə AQDİM-nin idarə heyəti ilə yanaşı Azərbaycan Respublikasının xalq artisti, AQDİM-nin idarə heyətinin Fəxri üzvü Könül Xasıyeva, Xarici dillər universitetinin dosenti, Dünya azərbaycanlılarının həmrəyliyi institutunun sədri Həqiqət Hacıyeva və müharibə veteranları, qazilər iştrak ediblər.
Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatı sədrinin müavini Rasim Mirzəyev tədbir iştrakçılarını salamlayaraq tədbiri açıq elan edərək çıxış üçün sözü AQDİM-nin idərə heyətinin sədri Fuad Rəsula verdi. Mərkəzin sədri mərkəzin yaranması, məramı, mərkəzin fəaliyyət istiqaməti və təbliğat-təşviqat xarakterli tədbirlər, habelə AQDİM-nin tərəfindən təşkil olunan qanvermə aksiyaları haqqında tədbir iştrakçılarına geniş məlumat verməklə yanaşı, dövlətimizin irsi qan xəstəliklərinə qarşı mübarizədə dəstəyini, bu xəstəliklərin aradan qaldırılmasında cənab prezident İlham Əliyevin və Heydər Əliyevin Fondunun əməyini qeyd edərək təşəkkürünü bildirib.
Azərbaycan Qan Donorluğunun İnkşafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən görüş zamanı irsi qan xəstəliklərinin yaranma səbəbləri, müalicə və müayinəsi, bu xəstəliklərin qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin aparıldığı barədə geniş şəkildə müzakirələr olunub.
Xarici dillər universitetinin dosenti, Dünya azərbaycanlılarının həmrəyliyi institutunun sədri Həqiqət Hacıyeva ölkəmizdədə irsi qan xəstəliyinin mövcudluğu ilə yanaşı, aparılan mübarizələrdə AQDİM-nin fəaliyyətinin təqdir edərək təşəkkürünü bildirdi. Növbəti natiq AQDİM-in idarə heyətinin fəxri üzvü, həkim Günel Əliyeva irsi qan xəstəliklərinin patologiyası, fəsadları, gənclərin sağlam böyüdülməsi yolları və qanvermənin insan sağlamlığındakı rolu haqqında geniş elmi əsaslarla çıxış edib.
Daha sonra söz Azərbaycan Respublikasının xalq artisti, AQDİM-in idarə heyətinin Fəxri üzvü Könül Xasıyevaya verildi. Dəyərli sənətkar dəvətə görə tədbir təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Təbliğat-təşviqat xarakterli tədbirlərin daha çox olmasının zəruriliyini bildirməklə yanaşı, qanvermə aksiyalarının da kütləvi təşkilinin vacibliyini qeyd etdi. Sonda Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının sədri Fəqan Nəsibzadə çıxış edərək AQDİM-nə tədbirin birgə təşkilatçılığında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O da öz növbəsində Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının hər zaman İrsi qan xəstəlikləri ilə mübarizədə daim dəstək verməyə hazır olduqlarını bildiriblər.
Sonra Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının sədri Fəqan Nəsibzadə Azərbaycan Respublikasının xalq artisti, AQDİM-in idarə heyətinin Fəxri üzvü Könül Xasıyevanı və AQDİM-in idarə heyətinin sədri Fuad Rəsulu irsi qan xəstəlikləri və qan donorluğu mədəniyyətinin təbliğində, həmçinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında göstərilən xidmətlərə görə Fəxri Fərmanla təltif etdi. Sonda xatirə şəkilləri çəkilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.