30 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Bizim müsahibələr seriyasından. “Masallının dünənki rəhbərləri” rubrikasında - Ələddin Həsənov: “Ev yıxmamışam, kiminsə bədbəxtliyinə rəvac verməmişəm, kiminsə çörəyinə bais olmamışam”

1 il əvvəl 1078 01

Bizim müsahibələr seriyasından. “Masallının dünənki rəhbərləri” rubrikasında - Ələddin Həsənov:

“Ev yıxmamışam, kiminsə bədbəxtliyinə rəvac verməmişəm, kiminsə çörəyinə bais olmamışam”

Müəllifdən: İstər 1993-2003-cü illərdə mənim redaktorluğumla 10 il nəşr edilən “Masallı xəbərləri” qəzetində, istər onun davamçısı olan “Cənub xəbərləri”ndə (2003-2017-ci illər), eləcə də cenub.az saytında 50-də artıq maraqlı insandan müsahibə almış, yaxud onların ömür yolu barədə yazılar çap etmişik. Belə müsahibələrə və yazılara Vəfa Quluzadə, Cəmil Həsənli, akademik Rafiq Əliyev, mətbuatımızın flaqmanları Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev, millət vəkilləri, ABŞ səfirləri, masallılı uzaq səfərlər kapitanları və digər onlarla tanınmış şəxslərlə görüşləri, yazıları misal çəkə bilərik. Təəssüf ki, bu müsahibələrin çoxu internetin olmadığı dövrə düşdüyündən həmin müsahibələrin elektron variantı yoxdur. (Biz bu yaxında müsahibə aldığımız şəxslərin ən azından siyahısını, müsahibələrin başlıqlarını və çap tarixini sizə təqdim edəcəyik). Müsahibə aldığımız şəxslər sırasında rayonumuza əvvəllər rəhbərlik etmiş şəxslər də vardır. Belə ki, 1993-cü ildən başlayaraq Masallının keçmiş RPK-nın 1-ci katiblərindən (bu günün icra başçıları) aldığım müsahibələr də olduqca maraqla qarşılanmışdı. Həmin müsahibələr sırasında rəhmətlik Ələddin Həsənov, Ələskər Qocamanov, Əlövsət Baxışov, Ağaddin Niftiyev, hətta müvəqqəti olaraq Masallıda İcra Başçısı vəzifəsini icra edən İsrafil Hüseynov da vardır. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq 30 il öncə keçmiş rayon rəhbərlərindən aldığım müsahibələrin bir neçəsini sizə təqdim etmək istəyirik.

Öncə 1975-1983-cü illərdə Masallıya rəhbərlik etmiş, Masallı Rayon Partiya Komitəsinə rəhbərlik etmiş Ələddin Həsənovdan 1993-cü ilin iyun ayında “Masallı xəbərləri”nin ilk buraxılışı zamanı aldığım müsahibəni sizə təqdim edirəm.

Masallının dünənki rəhbərləri

Ələddin Həsənov: ”Masallı və masallılar mənim üçün həmişə əziz və unudulmazdır.”

Ələddin Həsənov 1935-ci ildə Zərdab rayonunda anadan olub.1975-1983-cü illərdə Masallı RPK-nın birinci katibi işləyib. Əvvəllər Zərdab rayonunda bir sıra rəhbər vəzifələrdə çalışıb. Sonralar Moskvada İctimai Elmlər Akademiyasını bitirib, bir müddət Azərbaycan KP MK-da təlimatçı, şöbə müdirinin müavini, Dəvəçi (indiki Şabran) Quşçuluq Broyler fabrikinin direktoru işləyib. Hazırda (yəni müsahibənin alındığı 1993-cü ilin aprelində) Abşeron Rayon İstehsalat Birliyinin baş direktorudur. Ə. Həsənov 8 il Masallıda rəhbərlik edib (1975-1983-cü illər). Həmin illər indi çoxumuzun totalitar, durğunluq və s. adlandırdığımız dövrün bir parçası idi.

Onun işlədiyi illər Masallıya nə verdi? Bu sualın mənfi və müsbət yönlü cavabları geniş bir söhbətin mövzusudur. Diqqəti cəlb edən isə əksəriyyətin yaddaşında həmin dövr rayonun ondan əvvəlki və sonrakı dövrlər ilə müqayisədə geniş quruculuq, tikinti-abadlıq işləri, əməkçilərin aşıb-daşan mükafatları ilə yadda qalıb. Bu gün rayonumuzun simasını müəyyənləşdirən onlarla tikili - Viləşçay dəryaçası, Məişət evi, Masallıda ilk Şadlıq zalı (“Şəlalə” Şadlıq Sarayı), yenidən qurulan kolxoz bazarı, mehmanxana, 4 mərtəbəli Rabitə evi, Mərkəzi Xəstəxana binası (İsgəndərli ərazisindəki, Masallı Mərkəzi stadionu, eləcə də onlarla məktəb, kənd məişət evlərii, yaşayış binaları, digər sosial obyektlər və s. o dövrün yadigarlarıdır.

Həmin illərdə rayonda çox ciddi kadr dəyişiklikləri aparıldı. Ə.Həsənovun apardığı büro iclaslarında, müşavirələrdə,necə deyərlər, “qan su yerinə axırdı”. (İndi həmin illəri kimi sərt inzibatçılıq, kimi də ciddi nizam-intizam illəri kimi xatrlayırlar.)

Bu gün də belə söhbətlər yaddaşlardan silinməyib ki, filankəsləri o tutdururdu, o bağrını çatladıb xəstəliyə saldı. Ə. Həsənovun rayona rəhbərlik etdiyi dövrə müxtəlif ziddiyyətli və qəzəbli baxışların olmasına baxmayaraq, əksəriyyət onun yüksək təşkilatçılığı, kadrları seçmək və işlətmək bacarığını, günün reallıqlarını, düzgün qiymətləndirmək qabiliyyətini, əzmkarlığını və cəsarətini etiraf edir.

Ə. Həsənovun işlədiyi dövrdə onun haqqında o illərin prizmasından çox yazılıb. Ən maraqlısı və qəribəsi odur ki, Ümumittifaq ”Krokadil” satirik jurnalı onun haqqında müsbət yönlü “Qurucu Ələddin” məqaləsini çap etmişdi. Bütün bunları nəzərə alıb Ə. Həsənovdan, eləcə də son illər rayonumuza rəhbərlik etmiş digər adamlardan müsahibə almaq qərarına gəldik.

Sual:

Bu gün on illərin uzaqlığında Masallı sizə necə görünüb?

Ələddin Həsənov:

- Masallı on ilin uzaqlığında mənə yenə də əvvəlki kimi doğma və unudulmaz ən çox sevdiyim, uzun illər bağlı olduğum yer-yurd kimi görünür. Bu illərdə özümü həmişə Masallı ilə, masallılarla bağlı hesab edir, özümü masallılı saymışam. Həmçinin on ilin uzaqlığında çox şey mənə az qala dünən kimi görünür. Elə bilirəm, orda işlədiyim dövrdə tikilən onlarla bina indi daha da gözəlləşib, abadlaşıb. Bəlkə bizdən sonra elə yaşayış elələri tikilib ki, biz tikdiklərimiz, öyündüklərimiz onların yanında solğun görünür.

Sual:

Masallıda işlədiyiniz 8 ildə hansı işlərinizə həmişə sevinir, hansı işləriniz üçün həmişə təəssüflənirsiniz?

Ələddin Həsənov:

- Sevinirəm ki, o dövrdə əhalinin güzəranı daha da yaxşılaşdı. Qısa müddətdə xalqla səmimi dil tapa bildim.Onların inamını qazandım. Həmin dövrdə tikililərin hədsiz dərəcədə çoxalması respublika səviyyəli tədbirlərin keçirilməsi, başlıcası isə camaatın məni, mənim isə onları istəməyimə daha çox sevinirəm.

Qaldı sualın ikinci tərəfinə, yəni hansı işlərə təəssüflənməyə. Başladığım, ancaq başa çatdıra bilmədiyim, daha doğrusu çatdırmağa imkanım olmadığı işlərə təəssüflənirəm.

Sual:

Masallıda kimlərinsə qarşısında özünüzü günahkar hesab edirsinizmi?

Ələddin Həsənov:

- Mən Masallıda heç kimin qarşısında başı aşağı deyiləm. Ev yıxmamışam, kiminsə bədbəxtliyinə rəvac heç verməmişəm, kiminsə çörəyinə bais olmamışam. Lakin, nə edəsən ki, hamı üçün yaxşı olmaq qeyri-mümkündür. Hamının möhübünü düzmək olmur. Məndən incik düşənlər varsa, qoy öz vicdanları qarşısında cavab versinlər. Bir də deyirəm, orada işlədiyim dövrdə elə qəbahətli, üz qaraldıcı pis işlərə yol verməmişəm ki, onlar üçün təəssüf edim. Gördüyüm işlər göz qabağındadır. Onlar üçün iftixar hissi keçirirəm və keçirəcəyəm də.

Sual:

Bütün bunlarla yanaşı rayonda hələ də belə söhbətlər gəzir ki, kimlərinsə bağrını çatlatmısınız, onları xəstəliyə salmısınız.

Ələddin Həsənov:

- Belə söhbətləri o vaxt da eşitmişəm, sonralar da. O adamın sözləridir ki, onların rayondakı ağalıqlarına, hədsiz imtiyazlarına, uzun illər hakimiyyət pərdəsi altında özbaşınalıqlarına son qoymuşdum. Bir də ki, ölüm haqdır, Allah işidir, mən isə Allah olmamışam, Allahlıq iddiasını etməmişəm. Belə deyənlər heç özlərindən soruşmurlar ki, məndən əvvəlki və sonrakı müdirləri kim olmuşdur? Axı, o vaxt biz necə deyərlər, bütün cəbhə boyu hücuma keçirdik. Kimsə öz düşmənlərini yıxmaq üçün bizdən istifadə etmək istəyirdi. Ola bilsin ki, haradasa bəlkə səhv olub, tələsmişik amma bunları hədsiz şişirtmək insafsızlıq olardı. Bir də deyirəm, xalq malını çapıb talayanlardan kimsə qorxudan, xiffətdən dünyasını dəyişibsə, Allah onlara rəhmət eləsin. O dünyada hər kəs öz əməlləri üçün cavab verəcək.

Sual:

Sizin əlinizlə onlarla adam çörəyə çatıb. Onlardan sizə ən çox sədaqətli, yaxud, vəfasız çıxanlar haqqında nəsə demək istəmirsiniz?

Ələddin Həsənov:

- Əlimlə çörəyə çatanlara bir məsləhətim var - insaflı və vicdanlı insanları heç vaxt unutmasınlar. O ki qaldı həmən adamların mənə vəfalı və vəfasız çıxmalarına, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Axı, onlara vəzifə verəndə gözləməmişəm ki, nə vaxtsa mənə vəfalı və vəfasız olsunlar. Şəxsi yaxınlığa görə isə kiməsə vəzifə verməmişəm. Meyarım professionallıq və işgüzarlıq olub. Bir də sədaqətli həmişə sədaqətlidir. Vəfasızlara isə nə deyim? Belələri də olur. Sənə deyərəm, istəsən dost tanışa da deyə bilərsən, ancaq, qəzetə yazmaq lazım deyil, özləri bilsin, Allahları bilsin. (Və dedi, adlar çəkdi. Lakin centlmen razılaşmaya görə bura yazmıram)

Sual:

Sizin Masallıda şəxsi dostunuz varmı?

Ələddin Həsənov:

- Bütün Masallı mənim dostumdur. Orada şəxsi dostlarım olmadığı üçün onların adını çəkə bilməyəcəyəm. Ürəyimə ən yaxın adamlar isə əli qabarlı zəhmətkeşlərdir. Onların da sayı-hesabı yoxdur.

Sual:

Bəlkə rayonda yadınızda qalan on hörmətli adamın adını deyəsiniz?

Ələddin Həsənov:

- Cavan oğlan (Bu müsahibəni alanda 41 yaşım var idi -red), məni niyə dərinə çəkirsiniz? Yaddaşımda Masallıdan yüzlərlə, minlərlə adamın adı həkk olunub. Onların körpəsindən tutmuş pirani qocasınadək hamısının qəlbimdə yeri var.

Sual:

Siz o vaxt işdən çıxarılmağınızı qanuni, yaxud, haqsız bir iş kimi qiymətləndirirsiniz. Həmin vaxtdan bəri Masallıda olmusunuz?

Ələddin Həsənov:

- İşdən çıxarılmağım, əlbəttə, qeyri-qanuni idi. Yuxarıdakı əliqanlı mafiozlar çoxdan idi ki, fürsət axtarırdı. Bunu həm də o vaxt bəzi rəhbərlərin mənə, bir sıra hallarda isə rayonun özünə qərəzli münasibəti kimi qiymətləndirirəm. Həmin dövrdə Masallının sağındakı və solundakı rayonlara yuxarılara daha yaxın olan adamlar rəhbərlik edirdilər. (Həmin vaxt Cəlilabada İbrahim Qurbanov, Lənkərana isə İsa Məmmədov rəhəbrlik edirdi). Onlar, eləcə də MK-dakı bəzi rəhbərlər Masallının o vaxtki yüksəlişini birmənalı qəbul etmirdilər. Mən onlar üçün sərfəli adam deyildim. Çox arzu edirdilər ki, bir çox məsələlərdə onların diktəsi ilə işləyim. Buna nail olmayanda da məqsədli badalaqlar kifayət qədər olurdu. Qaldı ki, sualın ikinci hissəsinə, bəli Masallıda olmuşam. Cəmi bir dəfə ötən il (1992-ci il, nəzərdə tutulur). Biləsuvar rayonundakı yas məclisindən Bakıya qayIdanda bir anlığa fikrimi dəyişmişdim. Masallıya yollandıq. Rayonda cəmi bir neçə saat oldum. Məndən sonra aparılan abadlıq işləri ilə tanış olmağa imkan tapmadım. Sağlıq olsun.

Sual:

Sizdən sonra rayona rəhbərlik edənlər haqqında nə deyə bilərsiniz?

Ələddin Həsənov:

- Hər kəs öz işinə cavabdehdir. Daha doğrusu, bu sualın cavabını, şair demişkən, mən bilmirəm, eldən soruş. Mən isə onların hamısına hörmət və ehtiram bəsləyir, İşlərində uğurlar arzulayram.

Sual:

Masallıdan gedəndən sonra heç də zəif adam olmadığınızı necə sübut edə bildiniz?

Ələddin Həsənov:

- Birincisi, zəif adam kimi getməmişdim ki, zəifliyimi də sübut edim. İkincisi, uzun illər rəhbər işdə olmağıma baxmayaraq, birbaşa ən kiçik istehsalat sahəsində də nəyə qadir olduğumu sübut edə bilmişəm. Təkcə göstəriş verməyi yox, icra etməyi də pis bacarmıram. Hansı sahəyə göndərilmişəmsə, üz ağartmışam. Cəsarətli olmuşam, haqqı nahaqqa verməmişəm. Həyatda da nə qazanmışamsa, yuxusuz gecələrin hesabına, az qala bütün sutqanı gərgin işləməyin hesabına qazanmışam.

Sual:

Əgər bu gün yenidən Masallıya rəhbər gəlsəniz, əvvəlki Həsənovla fərq nədə olar?

Ələddin Həsənov:

- Sualınız məni mütəəssir edir. Düzü biraz da qəribə görünür. Əvvala, Masallının gənc, enerjili, fərasətli kadrları var. Qoy, rayona da onlar rəhbərlik etsinlər. Uğurlarına mən də sevinərəm. Bir də məni tanıyanlar yaxşı bilirlər ki, ikiləşməkdən, özgələşməkdən zəhləm gedir. Müdriklər demişkən, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Bunu yəqin bilin ki, Həsənov 1976-cı ildə Masallıya gələndə necə işləyirdisə, yenə elə işləyir.

Sual:

Masallıdan çıxandan sonra rayondan eşitdiyin ən fərəhli və ən ağrılı xəbər hansı olub?

Ələddin Həsənov:

- Ən ağrılı xəbər Masallıda istehsalın ağılasığmaz dərəcədə aşağı düşməsidir. Bilirsiniz, bu, nə deməkdir? Əhalinin maddi vəziyyətinin pisləşməsi, tikinti-abaqlıq işlərinin səngiməsi, son nəticədə isə dərin uçurum. Bir də dostların, yaxından tanıdığım adamların başlarına gələn qəza-qədərlər, onların vəfatı, bəzən isə haqsızlığın, yersiz intriqaların qurbanı olması məni həmişə kədələndirir.

Sual:

Ən fərəhli xəbər?

Ələddin Həsənov:

- Nə deyim. Yaxşı olar, bu barədə susaq.

Sual:

Bəs özünüz Masallıda işlədiyiniz dövrdən üç ən unudulmaz məqamı xatırlaya bilərsinizmi?

Ələddin Həsənov:

- Birincisi, Viləşçay su dəryaçasının tikintisinə başlanmasını çox unudulmaz hesab edirəm. Çünki bu tikintinin parlaq perspektivini görürdüm. İkincisi, iki ay yarıma şəhər mərkəzində 1176 yerlik məktəb binasını tikdirib başa çatdırmağımız. Nəhayət, üçüncüsü, fəhlələrin halal qazancı ilə əldə etdiyimiz mükafatlara yer-yurd edə bilməyimiz. Onlara bağışlanan maşınların, digər qiymətli şeylərin təqdim olunduğu anların sevinci heç vaxt yaddaşımdan çıxmır.

Ümumiyyətlə isə Masallıda işlədiyim bütün məqamlar mənim xatirəmdə yaşayır.

Sual:

Oğlunuz Araz, eləcə də digər övladlarınız haqqında məlumatlar oxucularımız üçün maraqlı olar.

Ələddin Həsənov:

- Oğlum Araz Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra hüquq sahəsində qiyabi təhsil alır. Məsul vəzifədə çalışır. Ailə həyatı qurub. Qızlarım Rəmziyyə və Raifə də ali təhsil alıb, ailə həyatı qurublar. Başlarını aşağı salıb işləyirlər. Sevinc qızım isə ikinci sinifdə oxuyur və o, Masallını görməyib.

Sual:

Masallılara sözünüz?

Ələddin Həsənov:

- Hamıya xoşbəxtlik, səadət, xoş güzəran arzulayıram. Əzizlərim, çətinliklər müvəqqətidir; dözün. Lakin masallılara məxsus işgüzarlığı, zirəkliyi əldən verməyin. Hay-küyə uyub əlinizi işdən soyutmayın.

Sual:

Nəsə deyilməmiş sözünüz qaldımı?

Ələddin Həsənov:

- Sözüm çoxdur, oğul. Çox sağ olun ki, yada salmısız. Yanımda olduğunuz bu saatlarda məni on il əvvələ qaytardınız. Bakıda Masallı mikro mühiti yaratdınız. Həmişəki kimi iş adamıyam. Vaxt imkan vermir ki, daha geniş, daha ətraflı söhbət edək. Görürsünüz ki, telefonlar dalbadal zəng vurur. Selektorun lampaları aramsız yanıb sönür. Katibə qəbulda olanları sakitləşdirməyə çalışır. Bax mənim iş günüm belə başlayır və gecədən xeyli keçənədək davam edir. Kabinetdə yatdığımız vaxtlarda olub. Söhbətimizin sonunda bütün masallılara can sağlığı, xoşbəxtlik, çətinliyə dözüm, qələbəyə inam arzulayram.

Zahir Əmənov

(Müsahibə 1993-cü ilin 4 iyununda, o vaxt rəhbərlik etdiyim “Masallı xəbərləri” qəzetində çap edilib).

(Yazının çapından bir neçə il sonra Ələddin Həsənov dünyasını dəyişmişdir)

Cenub.az

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com