Kərim Kərimli:
Bu gün Əlinin ad günüdür
Əgər o dəhşətli günlərdən sağ çıxa bilsəydi bu gün 55 yaşı tamam olacaqdı.
O, 23 avqust 1968-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, 6 avqust 1993-cü ildə Füzuli cəbhəsində itkin düşmüşdür.
23 fevral 2022-ci ildə Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib.
2023-cü ilin avqust ayında - bir neçə gün bundan əvvəl həmin məzarlıqda tapılan cəsədlərdən birinin Hüseynov Əli Heydər oğluna aid olduğu rəsmi dövlət qurumları tərəfindəbn elan edilib.
Bu günlərdə nəşi ailəsinə təhvil veriləcək və el adəti, islam qaydası ilə dəfn ediləcək.
Bu gün onun 55 yaşı tamam olur.
Ötən illər ərzində Füzuli cəbhəsinin ən igid döyüşçülərindən biri olan mamamoğlu Əli Hüseynov haqqında çox da geniş yazmağa, onu hamıya tanıtmağa çalışmamışıq.
Qəlbimizin dərinliyində həmişə bir ümid işığı olub ki, birdən sağ olar və yazdıqlarımız da düşmənin əlinə keçər.
Doğum və itkin düşdüyü günlərdə qısa xatırlatmalarla kifayətlənmişik.
Ancaq Əli, igidliyi, hünəri, şücayəti doğrudan da vəsf edilməyə layiq bir döyüşçü, qəhrəman bir Vətəın oğlu idi.
Ad günün, yubileyin mübarək, Əli bəy!
Əlli beşin, İki beşin mübarək mamaoğlu!!
Sən təkcə bizim yox bütün Azərbaycanın qəlbində və tarixində əbədi yaşayacaqsan!!!
...Və bütün şəhidlərimiz kimi heç vaxt unudulmayacaqsan...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.