Asəf Quliyev:
AĞDAM XANKƏNDİ YOLUNUN ÜSTÜ...
Son günlər bu mövzu aktual olduğuna görə bir daha bu barədə yazmaq qərarına gəldim.
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarağacı – Kollektiv yaddaşın bərpası” layihəsini həyata keçiririk.
Əvvəlcə bu mövzuya həssas yanaşdığına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirmək istəyirəm.
Eyni zamanda layihələnin həyata keçirilməsində göstərdiyi dəstəyə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin ofisinə, Ağdam Rayon İcra Hakimiyyətinə və ANAMA-nın regional bölməsinin də həssas yanaşmasını xüsusi qeyd etmək istəyirəm.
Mövzunun həssaslığı təkcə qədim qəbiristanlığımız olan Qarağacının yaddaşlarda və reallıqda bərpasına yönələn işlər deyil. Mövzunun həssaslığı həm də bu qəbiristanlığın Əsgəran keçidinin astanası olmasındadır. Bu gün hamının Ağdam-Xankəndi yolu kimi təqdim etdiyi yol məhz Qarağacının içərisindən keçir. Bu məkanın son nöqtəsi ilə Əsgəran qalasını 500 metrlik məsafə ayırır. Bundan başqa ermənilərin Pirlər və Xanabad yaşayış məntəqələri də bu məkana çox yaxındır. Buna görə də burada reallaşan layihə mənəvi-psixoloji baxımdan da mühüm əhəmiyyətə malikdir.
Artıq Layihənin birinci fazası başa çatıb. Ziyarət olunacaq məkanlar müəyyənləşdirilib. Eyni zamanda ziyarətçiləri müşayiət edəcək KİV mənsubları ilə də səfər üçün razılaşmalalar əldə olunub.
Yaxın zamanlarda layihənin ikinci fazasına start veriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.