Cavadxan Qasımov:
NDU:güclü dayaqlar üzərində hədəflərə doğru
Yeni inkişaf mərhələsində Naxçıvan Dövlət Universiteti daha səmərəli hədəflər müəyyən etmiş, həmin hədəflərə gedən yolda daha etibarlı addımlar atmış və məhsuldar nəticələr üçün olduqca qətiyyətli dinamika əldə etmişdir. Tədris proseslərinin daha çox keyfiyyət üstünlüklərinin aktuallaşmış olduğu bu mərhələdə universitetimiz həm də, güvənilir elmi araşdırma statusu ilə tələbə və müəllim heyətinin yanında olmuşdur. Təbii olaraq, bütün bunlar isə, bir-birini əvəz edən tədris illərində abituriyentlərimizin, həm də, yüksək bal toplamış olan övladlarımızın istinad yeri, etibarlılıq ünvanı və gələcəyinin işığı olaraq baxdığı zirvədə məhz Naxçıvan Dövlət Universitetinin qərarlaşmasına təminat yaratmışdır.
Olduqca sevindirici haldır ki, artıq yeni başlamaq üzrə olan ixtisas seçimlərində də yüksək bal toplayan abituriyentlərimiz haqlı olaraq, Naxçıvan Dövlət Universitetinə doğru addımlamaqdadırlar. Bu abitureyntlərdən:
657 bal toplamış İnci Fərəcova (Tibb ixtisası, tədrisi ingilis dilində),
638 bal toplamış Kəmalə Həsənova (Tibb ixtisası, tədrisi ingilis dilində),
634 bal toplamış Aytac Əsgərova (Kompüter mühəndisliyi, tədrisi ingilis dilində),
628 bal toplamış İnci Rzazadə (Hüquqşünaslıq),
621 bal toplamış Röya Babayeva (Hüquqşünaslıq),
614 bal toplamış Yusif Mirzəzadə (Hüquqşünaslıq),
609 bal toplamış Aysun Səfərli (İqtisadiyyat, tədrisi ingilis dilində) kimi gənclərimizin adlarını qürurlar çəkmək olar. Təbii olaraq, bunlar son deyil. Yaxın günlərdə, yüksək bal toplamış olan daha neçə-neçə abituriyentlərimizin adları ilə qürur duyacağıq.
Artıq üç ildir ki, Naxçıvan Dövlət Universiteti, "ərazinin kiçik olması ilə böyük ideyaların müəllifi olmaq çətindir" düşüncəsinin heç bir reallıq olmadığını sübut etmişdir. Dünyaya çıxmaq, beynəlxalq miqyasda elmi yeniliklərə inteqrasiya etmək, bu reallıq üzrə ixtisaslaşmaq və dünya elminin mütəxəssisi olmaq etibarı ilə tanınmaq, qəbul olunmaq, hesablaşmaq kimi həqiqətlər məhz Naxçıvan Dövlət Universitetinin son illərdəki strateji fəaliyyət proqramına aid olunmaqdadır.
Eyni zamanda, Naxçıvan Dövlət Universitetində bu dəyərlər əsasında elmin də, tədrisin də, inteqrasiyanın da dünya dili üzrə təşəkkülünə həm zəmin açılmışdır, həm təsisatlar yaradılmışdır, həm də, bu sahədə, uzunmüddətli perspektivlər vəd edənnəticələr əldə olunmaqdadır. Belə ki, ali məktəbimiz, yeni nəslin savadlanması üçün dünyanın elm sahəsi üzrə çağırışlarını da nəzərə almış və bakalavr təhsil səviyyəsi üzrə:
- İqtisadiyyat,
- Tibb,
- Beynəlxalq Münasibətlər,
- Kompüter mühəndisliyi, magistratura təhsil səviyyəsi üzrə isə İqtisadiyyatın tənzimlənməsi ixtisaslarında ingilis dilində tədris imkanları yaratmışdır.
Beləliklə, Naxçıvan Dövlət Universiteti geridə qalan tədris ilində əldə etmiş olduğu potensialla yeni tədris ilinə daha mütərəqqi göstəricilərlə addımlamaqdadır. Bu, hər bir abituriyentin, hər bir tələbənin, hər bir məzunun, hər bir mütəxəssisin və ən başlıcası hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Xeyirli olsun
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.