Elman Eldaroğlu:
65 yaşın mübarək, Araz bəy!
Bu gün bir sıra məşhur filmlərin ssenari müəllifi Əhmədağa Muğanlının yadigarı- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanovun 65 yaşı tamam olur.
Gün ərzində "Facebook"u izləsəm də dostlarından, iş yoldaşlarından, sirdaşlarından, ümumiyyətlə onu tanıyanlardan kiminsə Araz bəy haqqında qısa da olsa heç bir təbrik yazısını görmədim. Yalnız "ad günü" pəncərəsindən göndərilən qısa təbriklərdən başqa. Günün bitməsinə iki saatdan bir az çox vaxt qalsa da qərara gəldim ki, bu kiçik təbriki ona ünvanlayım.
Hörmətli Araz bəy, doğrudur, insan ömründə hər yaşın öz yeri, öz şirinliyi var, amma yubiley yaşı xüsusi əhəmiyyət daşıdığı üçün təkcə "ad günü" pəncərəsindən göndərdiyim təbriklə kifayətlənmək istəmədim. Mən sizi həyatda cəmi bir dəfə- Binəqədidə, 9-cu mikrorayonun o biri başından taksiyə minərkən görüb təxmin etmişəm. Və ucaboy, yaraşıqlı, intellegent adam kimi yadımda qalmısınız. Bilirəm ki, vətənpərvər, öz xalqını sevən birisiniz. "Facebook"da paylaşdığınız statuslardan bu qənaətə gəlmişəm. Odur ki, sizi 65 illik yubileyinizdə bir gözəl insan kimi təbrik edir, Allahdan arzularınızın çin olmasını diləyirəm. Yaxşı bilirəm, müharibədə zamanı yağı düşmənimiz- erməni üçün hədəfə almağa Arazla Elmanın heç bir fərqi yoxdur. Hər ikimizə "turk" deyib qanımızı içməyə hazırdırlar. Erməni üçün fərqimiz yoxdursa, deməli biz eyni millətin övladlarıyıq- qardaşıq...
Əziz qardaşım, çox yaşa!
Hörmətlə, Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.