Akif Aşırlı:
Milli təhsil tariximizin əsası olan seminariya: Qazax Müəllimlər Seminariyası
Qazax tarixən maarifçiliyin beşiyi olub, yerləşdiyi coğrafiya , insanların elmə marağı , folklora , aşıq sənətinə bağlılığı, acıqfikirliliyi bu bölgəni həmişə fərqləndirib.Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 1918- ci ilin sentyabrında Qazaxa köcürülməsi isə təhsil , elm tarixinizdə xüsusi bir mərhələ hesab etmək olar .Bu seminariyanın məzunları Azərbaycanın hər bir bölgəsinə özləriylə bərabər ziya payı aparıb . Bu möhtəşəm missiyanın mərkəzi olan Qazax Müəllimlər Seminariyasının binasının tam yararsız halı hamını inçidirdi , ağrıdırdı. Hətta binanın tam sökülməsini istəyənlər də vardı. Cünki yerləşdiyi ərazi bahalı hesab olunurdu , satıb yaxşı pul qazanmaq havasında olanlar gecə - gündüz xəyallar belə qururdu.
Nə yaxşı ki, bu ölkənin dəyərli ziyalıları var , nənəsindən qalma Azərbaycanın qədim ilməli xalçansını almaq istəyən əçnəbiyə " itə ataram , yada satmaram " kəlamını yazan Mir Cəlal Paşayevin övladı , ADA universutetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasını qorudu.Bunula Azərbaycan maarifcilik ənənələrini təhsil dəllallarından qorudu, gələcək nəslə ötürdü. Orta məktəbdə Qazax Müəllimlər Seminariyasının son mogikanlarından taleyinə bir damla pay düşən bir qələm insanı olaraq hörmətli maarifçimiz Hafiz Paşayevə minnətdarlığımı bildirirəm. Var olun !
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.