28 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

AĞALAR İDRİSOĞLU: ƏN BÖYÜK SƏHV (novella)

1 il əvvəl 741 01

AĞALAR İDRİSOĞLU:

ƏN BÖYÜK SƏHV (novella)

Həyatdan vaxtsız  getmiş sənət  dostlarıma ithaf edirəm.

Müəllif

Rəşidin ölüm xəbəri yaman sarsıtdı məni... Atanı övlad  itkisi, qardaşı qardaş faciəsi yandıran kimi. Heç belə sarsılmamışdım...
Tez-tez əlimdəki qəzetə, ordakı gülümsər, nurani  üzə baxır, onun ölümünə inana bilmirdim. Nekroloqdakı hər sətri dəfələrlə oxusam da, oxuduğuma heç cürə inanmırdım... Axı  o, sağlam, özünə fikir verən idi. Gələcəyə böyük ümidlə baxan, çoxlu arzularla yaşayan və nikbin insan idi. Bəs necə oldu ki?..
Qəzet köhnə idi. Keçən həftənin. Mənim yarım aylıq başqa respublikaya qastrola gedib-gəlməyimlə dostlarımdan biri həyatdan köçmüşdü. Mən isə onu heç son mənzilə də yola sala bilməmişəm. Bunu özümə heç cürə bağışlaya bilmirdim.
... Bəs indi Gülər xanımı necə tapıb ondan üzr istəyim? Ona başsağlığı verim. Axı, altı ay bundan qabaq dostumgil təzə mənzilə köçmüşdülər. Taleyə  bax ki, işimin çoxluğundan bu münasibətlə təşkil elədikləri qonaqlığa da gedə bilməmişdim. Özümü yaman danlayırdım: “Hələ sənə bu da azdı, Mətin. Həmişə deyirsən, işim çoxdu, vaxtım yoxdu... Görəsən biz niyə beləyik? Dostluq adlı varlığın böyüklüyünü o zaman başa düşürük ki, onda da gec olur”...
... İki yolun kəsişdiyi yerdə taksidən düşdüm. Əlimdəki kağıza yazılmış ünvana bir də baxdım. Deməli, on iki nömrəli ev bu binanın arxasındakı olmalıdı. Fikrimi dəqiqləşdirmək üçün söyüd ağacının altında dayanmış cavan oğlanla qıza yaxınlaşıb soruşdum. Yanılmamışdım. Onlar da mənim fıkrimi təsdiq elədilər. Asfalt döşənmiş kiçik cığırla həyətə yollandım.
Bu vaxt ürəyimdən nələr keçmədi... Nələr düşünmədim... Kino lenti kimi kadrlar bir-birini əvəz elədi. Bir kadrda dayandı...
On il bundan qabaq, avqust ayının  axırları, diplom tamaşası hazırladığım vaxt, hər gün onu görməyə, fıkrimi onunla bölüşməyə tələsirdim. Onda Rəşid ailəsilə birlikdə Bakının  İçəri şəhərində kirayənişin yaşayırdı. Darısqal otaqda saatlarla mübahisələr edər, yeni tamaşanın tərtibatı üçün variantlar axtarardıq. Mənim rejissor kimi quruluş verdiyim diplom tamaşamın səhnə tərtibatını Rəşid verirdi. İstedadlı, özü də mənim kimi gənc olan yaşıdlarının hörmətlə “akademik” adlandırdıqları peşəkar teatr rəssamı idi Rəşid Səma... Özü də Moskvada məşhur Rəssamlıq Akademiyasında təhsil almışdı.
İlk birgə işimiz çox uğurlu oldu. Bu uğurlu işin xoş səs-küyünü və tamaşa haqqında mətbuatda maraqlı ressenziyaların çap olunduğunu görən, teatr rəhbərliyi məni neyçünsə işə götürmədi, təyinatımı başqa teatra verdilər. Rəşid də teatr rəhbərliyilə düz gəlmədiyinə görə işdən çıxdı. Təzə işlədiyim teatrda da bir neçə dəfə istədim ki, rejissoru olduğum tamaşaların tərtibatını, quruluşunu ona verəm, burda da baş rejissor, direktor  mane oldular.  Dedilər: “Öz rəssamlarımız var. Onlarla işlə”. Nə qədər birgə işləmək istədiyimiz pyeslər vardı Rəşid Səma ilə. Əfsus, macal olmadı. Ürəyimizdə qaldı böyük  arzularımız...
- Ay əmi, bir az yavas. Ayağının altına  bax.
Bu sözlərdən diksindim. Fikirdən ayrıldım. Bir addım sol tərəfdə ala gözlü, sarışın, totuq qızcığaz kiçik asfalt yolun üstündə oturub mənə baxırdı. Sir-sifəti, üst-başı tamam təbaşirə bulaşmışdı. Elə bil un ələnmişdi üstünə.
- Qaç o tərəfə. Səkili pozma, - deyə qızcığaz bu dəfə acıqla mənə baxdı. Ala gözlərində narazılıq elə aydın görünürdü ki. Onun bu sözləri yerimdə dondurdu məni.
Ayağımın altına baxdım. Təbaşirlə çəkilmiş bir şəklin üstündə durmuşdum. Tez bir neçə addım kənara çəkildim. Maraqla dil-dil ötən qızcığaza baxdım. Bu dörd, ya da beş yaşlarında  girdəsifət, iti ala gözlü, xurmayı saçlı qızcığaz mənə kimi isə xatırladırdı. Ancaq kimi... Heç cür yadıma sala bilmirdim. Totuq sifətli qızcığaz diqqətlə baxdığımı görüb, baxışlarımdan qorxan kimi oldu. Tez başını aşağı salıb əlindəki təbaşirlə işinə davam elədi. O, təzə salınmış asfaltın üstündə çəkdiyi şəkili qurtarmaq üzrə idi. Şəkildə bir kişi və bir uşaq təsvir olunmuşdu. Kişinin bir əlində çamadan, bir əlində isə bükülü bir bağlama vardı. O, əllərini irəli uzatmışdı. Uşaq isə iki əllərini də geniş açaraq ona sarı qaçırdı. Əlində çamadan və bağlama tutan kişi mənə tanış gəlirdi. “Rəşid” pıçıltı ilə dodaqlarımın arasından çıxan bu sözlə dizlərimin bükülməsi bir oldu. Qızcığaz bu adı eşitdiyindənmi, ya mənim şəklə diqqətlə baxdığımdan, həvəsləndi.
- Əmi, siz mənim atamı tanıyırsız?- deyə maraqla üzümə baxdı.
Gözlərim doldu. Qəhərləndim. Tez də özümü ələ almağa çalışdım. Başımla “hə” dedim. Qızın qollarından tutdum. Kirpiklərini qırpmadan üzümə baxdı. Baxışı da, sifəti də Rəşidə çox oxşayırdı. Lap çox. Yadıma düşdü. Rəşid deyərdi: “Mənim bir şeytan qızım var. Gərək səni onunla tanış eləyim. Bəlkə tamaşaya hazırladığın pyeslərdə sənə xırda uşaq rolu oynayan qız lazım oldu. Lap bülbül kimi dil-dil ötür. Özü də mənim davamçım olacaq. Hələ indidən elə şəkillər çəkir... Əsl istedaddı  ey...”
- Qızım, sənin adın nədi?
- Rəsidə.
- Neçə yaşın var?
- Bes.
Dililə dediyinə inanmırmış kimi əlilə də beş göstərdi. Başa düşdüm ki, “ş” hərfıni deyə bilmir.
- Məni tanıyırsan Rəşidə? Mətin əmiyəm. Üç il bundan qabaq sizə gəlmişdim. O vaxt səhv etmirəmsə, sən kənddə nənəngildə idin.
Rəşidə təbaşirli əllərini dodaqlarına yaxınlaşdırdı. Üzümə diqqətlə baxıb gülümsündü. Başı ilə əvvəlcə “yox”, sonra “hə” işarəsi elədi. Gözləri yumuldu. Lap Rəşid güləndə olduğu kimi. Şirin gülüşü vardı.
- Tanıdım. Sizi televizolda görmüsəm. Atam göstəlib, anam da...
Mən də gülümsünməyə çalışdım. Bacarmadım. Ayağa durdum. Onun da qolundan tutub asfaltın üstündən qaldırdım. Üst-başının tozunu, təbaşirini çırpdım. Dəsmalımı çıxarıb üzünün, əllərinin təbaşirini sildim. Üzümə baxıb yenə gülümsündü.
- Anan evdədimi, Rəşidə?
- Anam evdədi, atam yox. Anam deyil ki, atam uzağa gedib. Gələndə mənim üçün, bax, bu qədər kukla, qələm, albom, səkil alıb gətiləcək.
O əllərini geniş açdı. Harasa, ümidlə uzaqlara baxdı. Artıq özümü saxlaya bilmədim. Kövrəldim... Gözlərimin yaşını uşaq görməsin deyə, üzümü kənara çevirdim. Xırıltılı, sızıltılı səslə dedim:
- Rəşidə, gəl gedək. Sizə gedirəm.
- Atam gələndə də gələcəksən?
Sual o qədər gözlənilməz oldu ki, bilmədim nə cavab verim. O iti ala gözlər deyəsən heç bu sualına cavab da istəmirdi. Yəqin ona görə də totuq əlini mənə uzatdı. Biz, kiçik cığırla onların yaşadığı evə sarı addımladıq.
Uşaqla evə yaxınlaşdıqca, birdən beynimdə elə bil fırtına, təlatüm baş verirdi. Bu fırtınanın içərisində isə  ağlı-qaralı bir işıq siqnal kimi tez-tez yanıb-sönür və məni içimdən yeyir, yaman narahat edirdi. Bu ağlı-qaralı işıq siqnalı məni məcbur edirdi ki, otuz  altı illik həyatıma bir də nəzər salım...
Rəşid öz arzularının hamısını həyata keçirə bilmədisə, gələcəkdə onun arzularını çin edə biləcək Rəşidə kimi qızı var. Bəs sənin kimin var, Mətin? Bu günə kimi evlənməmisən ki, teatr aləmində böyük arzularına yetişməkdə, çatmaqda  ailə sənə mane olar. Neçəsini gözü yolda qoymusan?.. Hər dəfə evlənmək məqamı gələndə bir bəhanə ilə onları özündən uzaqlaşdırmısan. Bu səfil həyat, doğrudanmı, səni yormayıb?.. Nə vaxta qədər belə yaşayacaqsan?.. Nə vaxta qədər bir çiçəkdən o birisinə qonacaqsan?..
Həyatda ən böyük səhv etdiyimi indi başa düşürdüm...
Bu səhvim isə məni daha çox yandırıb- yaxırdı...

Ağdam şəhəri
may, 1986-cı il.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com