Cavadxan Qasımov:
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ - QALİB ÖLKƏNİN İNKİŞAF EDƏN ALİ MƏKTƏBİ
Bütövlükdə, dünya miqyasında sağlam və azad ideyaların, səmərəli nəticələrin və onların istehsalata təqbiq olunması sahəsindəki çevikliklərin qərarlaşmasında etibarlı rəqabət mühitinin əsasları yaradılmaqdadır. Eyni zamanda, rəqabət, özünü bu ideyaların başlanğıc nöqtəsi, hərəkətverici qüvvəsi və təməl prinsipləri olaraq çıxış edən universitetlərin timsalında və araşdırma materialları əsasında daha məqbul və faydalı göstərməkdədir.
Tədris proseslərindəki elmi yeniliklərin tətbiq olunmasında, ixtisaslaşma sahəsindəki dünya çağırışlarına cavab verməsində, çağdaş elm və təhsilin dürüst vəhdətinin mümkün olmasında və digər bu tipli aktual nəticələrin əldə olunmasında "rəqabət" amili özünü daha dinamik göstərməkdədir. Bununla da, belə qənaətə gəlmək olur ki, "rəqabət" iqtisadi mahiyyəti ilə yanaşı, eyni zamanda, sosial, hüquqi və mədəni əhəmiyyətinə görə də cəlbedici olmaqdadır. Buna görə də, hazırda, inkişafı, uzunmüddətli perspektivləri və daha mütərəqqi nəticələri hədəf olaraq seçmiş olan ölkələr və onların universitetləri açıq rəqabət mühitində bəhsləşir və toqquşan məqsədlərinə görə yeni keyfiyyət mərhələsinə qədəm qoya bilirlər.
Təbii olaraq, belə bir mühitdə isə ölkələrin ən populyar ali məktəbləri müəyyən olunurlar. Olduqca qürurverici haldır ki, bu sahədə də, Naxçıvan Dövlət Universitetinin mövqeyi ön cərgələrdə qərarlaşmaqdadır. Belə ki, uniRank ölkələrin ən populyar universitetlərinin müəyyən olunması sahəsində aparmış olduğu təhlillərdə bu sahədə nəticələrini ortaya qoymuşdur. Populyarlıq üzrə seçim meyarlarına cavab verən 41 Azərbaycan ali təhsil müəssisəsinin reytinq cədvəlini hazırlamaqla, uniRank bu sahədə, 2023-cü ilin nəticələrini təqdim etməkdədir.
Reytinq cədvəlinin ardıcıllığına diqqət etdikdə aydın olur ki, Naxçıvan Dövlət Universiteti, üçüncü yeri qazanmışdır. Ali məktəbimiz ADA və Xəzər Universitetlərindən sonra öz yerini almışdır. Təhlillərlə tanış olduqda aydın olur ki, cədvəlin tərtib olunmasında nəzərə alınmış olan istiqamətlər, əsasən:
- Azərbaycanda, ali təhsili ilə bağlı olaraq, müvafiq təşkilat tərəfindən nizamnamə, lisenziya və ya akkreditasiyaya malik olmaq;
- ən azı üç illik bakalavr dərəcəsi və ya aspirantura magistratura və ya doktorantura dərəcələrinə şərait yaratmaq;
- tədris proseslərinin əsasən ənənəvi, distant olmayan təhsil formatında aparılması üzrə müəyyən olunmuşdur.
Naxçıvan Dövlət Universitetinin xüsusilə də, 2020-ci ilin başlanğıcından etibarən geridə qalan üçillik müddət ərzində reallaşdırmış olduğu elmi, pedaqoji, nəzəri və təcrübi layihələr bəhs olunan sahələr üzrə etibarlı nəticələrin əldə olunmasına zəmin yaratmaqdadır. Xeyirli olsun.
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ - QALİB ÖLKƏNİN İNKİŞAF EDƏN ALİ MƏKTƏBİ
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.