Elməddin Behbud:
Vətənin belə bir qəhrəman övladı barədə xəbərsiz olmağıma görə özümü xeyli qınadım...
Etiraf edim ki, ötən ilə qədər nə onun ad, soyadını bilirdim, nə də heyrətamiz qəhrəmanlıqları, Qarabağın murdar düşməndən müdafiəsi uğrunda göstərdiyi şücaət və döyüş yolu haqqında eşitmişdim.
Ötən il iş əsnasında qiyabi olaraq Bəhram Ağakişiyev haqqında nəinki dolğun məlumat toplaya bildim, hətta indiyədək vətənin belə bir qəhrəman övladı barədə xəbərsiz olmağıma görə özümü xeyli qınadım da...
Əldə etdiyim məlumatlardan o qədər təsirlənmişdim ki, qazi qardaşımızla şəxsən görüşmək istəyirdim. İşlərim isə nədənsə o gözəl anı yubadırdı.
Bu ilin əvvəlində Rufat Hamzayevin moderatoru olduğu maraqlı bir mövzuya həsr olunan proqramda iştirak üçün AzTv-yə getmişdim. Studiyaya daxil olan kimi qəfildən bir sima məni özünə necə cəzb etdisə yerimdəcə donub qaldım. Həmin insanla üz-üzəydim! Bir qədər sonra irəliyə doğru addımlayıb qəhrəmanımıza yaxınlaşıb görüşdüm, dərin hörmət və ehtiramımı bildirdim. Sonra hisslərimi studiyada olan qazimiz Rey Kerimoglu Qaziylə də bölüşdüm. Gözlənilməz görüşə təsəvvür etməzsiniz ki, nə qədər sevinmişdim...
Bu gün pafosdan tamamilə uzaq şəkildə haqqında Azərbaycanı canından əziz tutan ifadəsini işlədə biləcəyimiz qəhrəman Qazimiz Bəhram Ağakişiyevin (Baxram Agakisiyev) doğum günüdür! Dəyərli həmvətənimi təbrik edirəm, uzun və bərəkətli ömür arzulayıram. Sizin kimi fədakar oğullarımız insan üçün böyük sevgi mənbəyi, motivasiyadır, polkovnik!
P.S. Bəhram Ağakişiyevin döyüş yolu haqqında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin hazırladığı "Cənnət yolçusu" adlı sənədli film çəkilib.
Məqalə 01.08.2022-ci ildə hazırlanıb
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.