VƏKİL OLMAQ İSTƏYƏN GƏNCLƏRİN İKİNCİ YAY DÜŞƏRGƏSİ KEÇİRİLİB
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil edilib.
26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, natiqlik qabiliyyətinin yaxşılaşdırılması və digər sahələr üzrə təlimlər keçirilmişdir. Düşərgə müddətində eyni zamanda gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə “Karyera söhbətləri” və səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi təşkil edilmişdir.
5 gün müddətində davam edən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin 30 iyul tarixində Şəki Olimpiya İdman Kompleksində baş tutan bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Ümummilli Liderin əsasını qoyduğu hüquqi islahatların müasir həyatımızda bəhrəsini görən və bu səbəbdən də hüquqşünaslığın sərbəst həmçinin də peşəkar forması olan vəkillik sənətini seçən gənclərə daim qanunun aliliyinə hörmət, ədalət mühakiməsinin maraqlarına xidmət etmələri və hüquqi yardımların keyfiyyətinin yaxşılaşdırılması baxımından şəxsi davranışlarının hər zaman nümunəvi olmalarına çağırış edərək gələcəyin vəkillərinə uğurlar arzu ediblər.
Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və ikinci dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 20 yerli və xarici universitetdən 350 hüquqşünas tələbə müraciət etmiş, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc seçilərək düşərgədə iştirak haqqı qazanmışdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.