17 iyul 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rafael Hüseyn: İKİ QƏHƏR

1 il əvvəl 903 01

Rafael Hüseyn:

İKİ QƏHƏR

2023-cü ilin 29 iyulunun xəbərlərindən ikisi qəhərləndirdi.

Biri itki acısının gətirdiyi qəhər idi, digəri haqqın öz yerini tapmasının, buna səbəb olan zəfərin bəxş etdiyi qürurdan doğan qəhər.

Xəbərlər ayrı-ayrı adamlar haqqında idi, hadisələr bir-birindən çox aralı məkanlarda baş vermişdi. Ancaq mahiyyəti ilə tam fərqli olan bu iki hadisənin hər halda bir kəsişmə nöqtəsi də vardı.

İllər öncə mən Respublika Hərbi Prokurorluğuna Soyqırım muzeyini yaradarkən onların arxivində saxlanan neçə-neçə cinayət işini araşdırası oldum.

Bunlar Qarabağda erməni cəlladlarının xalqımıza qarşı törətdiyi sıra-sıra qanlı cinayətlər haqda tük ürpədən ifadələrlə dolu qəmli sənədlər idi.

Şahid ifadələri, səs və lent yazıları, müxtəlif sübutedici əşyayi-dəlilər.

Həmin müddətsiz cinayətlərə görə məsuliyyət daşıyanlar, o insanlığazidd əzazil əməlləri törədənlərin əksəri hardasa azadlıqda gəzirdilər, amma istintaqlar aparılmışdı, sübutlar-dəlillər toplanmışdı, baislər dəqiqləşdirilmişdi, bir çoxunun qiyabi məhkəməsi də keçirilərək cəzası da müəyyənləşdirilmişdi, canilər də beynəlxalq axtarışa verilmişdi.

Mən həmin sənədləri qəlb ağrısı ilə vərəqlədiyim günlərdə hələ BÖYÜK ZƏFƏRimiz çox uzaqdaydı.

Hərdən düşünürdüm, İlahi, o günü görmək qismətimizdə varmı ki, bu faciələrin müəlliflərinin haqq divanına çəkilməsinə şahid olaq?

Bu gün Laçında sərhəd-keçid məntəqəsində (bu dördcə kəlmə – LAÇIN SƏRHƏD KEÇİD MƏNTƏQƏSİ ifadəsi mənimçün dünyanının indiyədək yazılmış şeirlərinin ən gözəl misrasıdır! Və bu MİSRA da BÖYÜK ZƏFƏRimizin daha bir bəhrəsidir) Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə (burası da gözəldir ki, hadisə beynəlxalq müşahidənin iştirakı ilə baş verir) müalicə almaq pərdəsi altında Ermənistana ötürülən, əllərindəki Xocalı qanı heç vaxt getməyəcək cəllad V.Xaçaturyanın məhz sərhədi keçmək istəyərkən axtarışda olan cinayətkar kimi saxlanılması, nəzarətə götürülməsi xəbəri məni riqqətə gətirdi.

Ürəyimdə “Böyüklüyünə şükür, Xudaya!” dedim.

Vaxtilə Respublika Hərbi Prokurorluğunda qovluqları vərəqləyəndə, videolara baxanda, səs yazılmış kasetləri ard-arda dinləyəndə, ermənilərin Qarabağda, o sıradan elə Xocalıda, həmin Meşəlidə ki, indi tutulan idbar da orada amansaz qətllər törədib, istər-istəməz kövrəldiyim anlar az olmamışdı.

Çünki o danışılanlara, sənədlərin nəzərdə canlandırdığı müsibət mənzərələrinə insan olan kəs dözməzdi.

Məsum insanlarımza, körpəcə uşaqlara indi Laçında saxlanılan cani kimi qanahəris quldurlar cəhənnəmi bu dünyada yaşatmışdılar.

O vaxt Hərbi Prokurorluğun arxivində boğazımı yandıran qəhər bütün bunları bilə-bilə heç nə edə bilməmək zəifliyinin ucbatından idi.

Bu gün bir qatilin cinayəti törətməsinin üstündən 30 ildən də çox ötəndən sonra saxlanması artıq Haqqın təntəntəsinin, Zəfərimizin səngiməz dalğasının yaratdığı iftixarın, bütün ruhumu saran məmnunluğun Qəhəridir!

Bu gün Allahın Mən Varam! deyərək Böyük Ədalətini və Əbədi Varlığını sübut etiyi daha bir qutsal gündür.

Və belə əziz günlər Millət Təqvimimizdə hələ çox olacaq!

...Bu gün məni yandıran, istər-istəməz qəhərləndirənsə bir əziz insanın itkisidir.

Azərbaycanı da, azərbaycanlıları da sevmiş, qələmi və təmiz vucdanı ilə həqiqətə, düzlüyə, ədalətə, insafa-mürvətə xidmət etmiş, tarixin çətin dönəmlərində ən mötəbər söz dayaqlarımızdan birinə çevrilmiş amerikalı yazar Tomas Qoltsu (Thomas Goltz) itirdik.

O ayrı bir dinə tapınan insan idi. Ancaq haqqitirməz millətiksə gərək bu gün Azərbaycan məscidlərində onun da ruhuna dualar oxuna!

Dar ayaqda təmiz vicdanını hökmü ilə okeanın o tayından bizə qahmar çıxan, yüz cür tənə və təzyiqlərə baxmayaraq inadlı ardıcıllıqla illərcə haqqı müdafiə etməklə Azərbaycanın şərəfini qoruyan bir insan elə bu millətin yavrularından biri deyilmi?!

Azərbaycanlı olmaqçün dünyaya azərbaycanlı kimi gəlmək azdır, bu adı daşımağın yüksək şərafətinə layiq olmaqçün gərək bu yurd və xalq üçün fədakar əməklərin də ola.

Azərbaycanlı Tomas Qolts belə minnətdarlıqla anılmalı saleh əməllərin sahibi idi.

Dünya susanda, Amerikada, Avropada gerçəkləri bildikləri halda bir para siyasət, dövlət və qələm adamları qırmızı-qırmızı ağa “qara” deməkdən həya etməyəndə Tomas Qolts Xocalı soyqırımının sədasını dünyaya çatdırırdı, mərd-mərdanə o çağlarda bizim edə bilmədiyimizi edirdi.

Avropa Şurası tribunasından illərcə Xocalı həqiqətlərini səsləndirəndə, bu haqda sənədlər haırlayanda Tomas Qoltsun məşhur kitabı və yazıları sözümüzə söykək olan, fikirlərimizin etibarlılıq və keçərliliyini artıran istinad nöqtələrindən idi.

Onunla tanışlığım 1990-cı illərdən, mənim də “Amerikanın səsi” radiosunun müxbiri olduğum, burada – Bakıda, Prezident sarayında və iqamərgahında keçirilən mətbuat konfranslarından başlanmışdı.

İndi, əbədi ayrılıq anlarında yaddaşda neçə görüşün unudulmaz xatirələri sayrışır...

Və onun əziz adı millətimin, yurdumun ən sadiq dostlarından biri kimi həmişə qəlbimdə yaşayacaq.

Biz dünya boyunca sayı şox olmayan (durmadan artıraq o sayı!) bu cür qiymətli dostlarımızın qədrini bilməyik.

Sağkən də, dünyadan gedəndən sonra da!

Bunca yeridolmaz itkiyə necə yanmayasan, necə qəhərlənməyəsən?!

...Ömrün bu günü yaddaşımda həm də bu 2 qəhərlə qalacaq.

Vətənimizin və millətimizin etibarlı dostlarındanın itkisinin gətirdiyi qəhər bizdən həmişə uzaq olsun!

Haqqın, ədalətin, İlahi İradənin təntənəsinin bağışladığı ən böyük sevinclərə bərabər olan qəhərisə, hər bir vətəndaşımıza arzulayıram!

Azərbaycan yaşasın!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com