Şəmkirin Şeyidlər kəndində
şəhid Xanoğlan Xəlilovun bulağının açılışı oldu
İyulun 27 si Şəmkirin Şeyidlər kəndində şəhid Xanoğlan Xəlilovun bulağının açılışı oldu. Xanoğlan Xəlilov 2017-ci ildə Xocavənddə hərbi xidmətdə olarkən düşmən gülləsinə tuş gələn oğullarımızdan biridir. Şəhidin ata ocağının yaxınlığında istifadəyə verilən bulaqda Xanoğlan Xəlilovla yanaşı həm də 1994-cü ildə Qarabağ savaşlarının qurbanı olan İsmayıl Tağıyevin də şəkli yer alıb. Tədbirin aparıcılığını edən millət vəkili Razi Nurullayevin MCP-nın şəhid ailələri və qazilərlə iş sektorunun müdiri və şəhidə həsr olunmuş bir neçə kitabın müəllifi şairə Esmira Günəş edirdi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin bir dəqiqəlik sükutu ilə başlayan tədbirdə rayon icra nümayəndələri, şəhid ailələri, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, AR-nın "Vətən müharibəsi" İB-nin nümayəndələri, müğənni Elməddin Müntəzir və kənd camaatı iştirak edirdi. İlk olaraq bulağın açılışı olduqdan sonra qonaqlar, gətirdikləri gülləri bulağın qarşısına qoyaraq bulaqdan su içiblər. Tədbir boyu şəhidlərlə bağlı xatirələr səslənib, məktəblilər şairə Esmira Günəşin şəhid Xanoğlan Xəlilova həsr etdiyi şeirləri səsləndirib, Elməddin Müntəziri isə şəhid Xanoğlana həsr etdiyi musiqini səsləndirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar ehsan süfrəsinə də qonaq olublar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.