Jurnalist olma, ovladım! Əyər olsan belə, heç kimdən pul istəmə, amma versələr, qaytarma. Çünki...
(Mətbuat gününə təbrik əvəzi)
Adını unutduğum bir müdrik deyib ki, Jurnalist olmaq Şirlə öpüşmək kimi bir şeydir- həm şərəfli, həm də olduqca təhlükələdir.
İndi elə zamanı gəldik ki, molla oğlu molla, papaqçı oğlu papaqçı, hüquqçu oğlu hüquqçu, dərzi balası dərzi... olmaq istəyir. Amma əksər jurnalist ovladı jurnalist olmaq istəmir.
Sənin də qələmin nə qədər iti, yazı dilin şirin olsa da, heç vaxt jurnalist olma.
Bəzilərinin “Ay sən əşdahasan”, “Şahlara baş əyməyəm fatehsən”, “Dövrümüzün Mirzə Cəlilisən” və sair hay-küylü sözlərinə inanma. Çətinə düşsən, 4-5 nəfərdən başqa kimsəni yanında görməyəcəksən.
Səni tərifləyənlər dar gündə ayağını altını qazanlara çevriləcək, hətta sənə salam verməyə qorxacaq, cəsarətsizliklərinə, miskinliklərinə min cür don geyindirəcəklər.
Həbsə düşsən, “Allahda başqa heç kimdən qorxmuram” deyənlərin çoxu siçan deşiyi axtaracaq,
Şaxta sifətləri, buz nəfəsləri onda görəcəksən.
3-4 qat yaltaqlıq zirehinə bürünənlər, orden və medallarının dəmir-dümürü altında gizlənənlər şərəfsizcəsinə sənə qarşı riyakarlıq edəcəklər.
Hətta əvvəllər sənə “dost”, “qardaş” deyənlər, səndən dəfələrlə rüşvət istəyənlər səni rüşvətlə ittiham edənlərə qoşulacaq. Haqqını müdafiə etdiklərin üzünə duracaqlar.
Simasız quldurlar yalançı imzalarla səni “cinayəkar ” adlandıracaq. Həmin “anadan-bacıdan” xəbərsizin üzünə deyəcəksən ki, belə yazanlar var, deyəcək, görəsən, bunu yazan hansı... ? - ( çoxları, ən azından həmin şəxs özü bilir ki, kimi deyirəm).
“Demişdim, tapşırmışdım” deyən, özünü tərifləyənlər , bir güllə ilə bir neçə quş vurub, sənin dərdin də xal qazanmaq istəyənlər zəhləni tökəcək.
Indi bacarıqlı “jurnalist” olmaq üçün öncə sırtıq olmalısan, super həyasız olmalısan, “sutniyor”, böyüklərin üzünə şiniyən, yaltaq, tərifçi olmalısan - çünki indi tərif xəstələri o qədər çoxalıb ki.
Şair demişkən, “görürsən ki, loğman susur, tərlan susur, sən də sus”.
Bəzən yazdığından daha çox, susduğuna görə pul edəcəklər.
Bu gün bu məkanda Jurnalistin bazarı yoxdur. Dünən evin satıb, qəzet buraxardılar (H. Zərdabi). Bu gün dostların, vicdanın, daha nəyi var satıb guya qəzet buraxır, sayt açırlar. (Əvvəllər “civi” saxlayanlar, indi “jurnalist”, “ixtisaslaşmış” həyasız, sırtıq... saxlayırlar)
Ruhdan düşmə, amma bil ki, bir həyasızın açdığı qapını yüz abırlı aça bilmir.
Od düşən yeri yandırır
Ad günündə tərif yazanlar, dar günüdə lal olacaqlar.
Səni qıcıqlandırıb deyəcəklər, qorxdun?
De ki, əlbəttə, qorxdum. Mənə “Aslanım” deyənlər sənə “Pişiyim” desəydi, çoxdan qucağlarında xumarlanardın. Sağa, sola baxıb romantika, möcüzə axtarma, hamısının sonu pula çıxacaq
Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Üzeyirin... ayılda bilmədiyi xalqı sən ayıldacaqsan?
Dünyaya bax--- Navalin, Saakaşvili, İmamoğlu.. axırları nə oldu?
Hətta övladların, nəinki evdəki, çöldəki də səni danlayacaq- “Nəyinə lazım?” -deyəcəklər.
Qorxaqlıq çox adamı gözündə kiçildəcək.
Seyidcahanla Nizami Gəncəvini müqayisə et. Gör, hansını çox izləyirlər? Bilirsən, rəhbər işdə nə qədər savadsız var? Bir siyasətçi demişkən, heç vaxt bu qədər axmaq eyni vaxtda vəzifədə olmamışdı.
O kişilkdən danışan, öz ailəsinə sahiblik edə bilməyənlər var e... Bir də görəcəksən ki, xalq ailə dəyərlərindən dərs deyirlər. Sən utansan da, onlar utanmaz. Bütün cəmiyyət arxa çevirən deyilsən ki.
Axı kim üçün vuruşursan? Yazdığın o tarixi yazılar kimə lazımdır? Bir tədbirdə dediyimiz kimi, rayonun ləkəli tarixini yazanlar, onun həqiqi tarixin yazanlarA buynuz göstərir. Sənin yazdıqlarını oğurlayıb, sağ- soluna bir-iki şəkil atıb, özlüklərində “dastan” yaradacaqlar, böyüklər də onlara əl çalacaq.
Kimin haqqın müdafiə edirdinsə, səni onun kamerasında, onun çarpayısnda yatırcaqlar
Halallıqdan danışanlar, illərlə övladı olmayan qızını daha varlıya vermək üçün ( vəzifəli ata) öz qızına abort dərmanı alacaqsa, belə mənəviyyat sahibi də müdafiə ediləcəksə, başına haranın daşın tökəcəksən?
Unutma ki, hər Pakın, Halalın içində azInıdan böyük rüşvərtxor yatır
O pudralı, pamadalı, başı jeleli, canım-canım deyən kişilər, canavar kimi göz- gözə yatanlar təklikdə bir-birini yıxıb-sürüyüb, sonra dodaq dodağa öpüşənlər, daha sonra FB-də kişilikdən əxlaqdan danışacaq, arvadın döyə-döyə öldürənlər ailə dəyərlərindən dəyirmi masa təşkil edəcək.
Tüpürdüyünü yalanlar
İndi istər peşəkar, istər vətəndaş jurnalistikasının bəlası, həm də ən iyrənc bəlası səhər yazdığını, ya qorxaqlığından, ya para müqabilində silməkdir. Yəni, indi “çörək” yazmaqdan yox, yazdığını silməkdən, yəni tüpürdüyünü yalamaqdan çıxartmaqdadır.
Görəcəksən ki, yaltaqlıq, riyakarlıq günbəgün təkmilləşir, sanki bu yaltaq deyir ki, mənə meydan ver, daha yaxşı yaltaqlanaram, daha yaxşı riyakarlıq edərəm.
Elə bilmə, yaxşılar yoxdur. Var, həm də az da deyil. Amma onların bir çoxu içindəki “qorxu zindanının” içində, bəlkə də içinin içində oturub; ya dinmir, ya da “dırka” verir, ya da “mız” qoyur.
Min əziyyətlə hazırladığı xəbəri elə sağındakı, solundakı saytlar sırtıqcasına, həyəsızcasına oğurlayıb öz adına çıxırlar.
Son əvəzi.
Hər şeyə şübhə ilə yanaş. Elə bu yazdıqlarıma da çox bənd olma. Nə qədər əziyyətli olsa, dünyaya neçə dəfə gələsi olsaydım, yenə jurnalistikanı seçərdim.
Zaman gələr əsil jurnalistlərin də qiyməti artar, jurnalist adı ilə əl-ayağa dolaşan zir-zibillər təmizlənər.
Nazim Hikmətin məşhur misralarını da unutma:
Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq
Necə çıxar qaranlıqlar aydınlığa.
Yarımbaşlığa çıxartdığım “Heç kimdən pul istəmə, amma versələr. qaytarma. Çünki...”
Sözlərini qəribliyə salma. Hər hansı milyonçunun sənə təmənnasız verdiyi 300-500 manatla dünya dağılmaz, həmin pulla 3-5 yazı hazırlaya bilərsən.
Bu da bir nağıl idi-burada bitirdik.
Cenub.az. Zahir Əmənov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.