ADPU-nun Quba filialında media nümayəndələri ilə görüş keçirilib
İyulun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat və Jurnalistika Gününə həsr edilmiş “Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Quba şəhərində yerləşən Media Şəhidləri Parkı abidə ziyarət edilib, qəhrəman jurnalistlərin abidəsi önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə açıq elan edilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə geniş məruzə ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Direktor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə kütləvi informasiya vasitələri (KİV) üzərində senzuranın tamamilə ləğvidir. Ulu Öndərin imzaladığı fərman ölkəmizdə KİV-in inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Dos. Y.Alıyev qeyd edib ki, o özü də jurnalistika sahəsində də bəxtini sınayıb, tələbə vaxtı müxtəlif qəzet və jurnalların redaksiya heyətində çalışıb. Buna görə də, mətbuatın dəyərini daha yaxşı anlayır: "Bizim illərlə, bəzən aylarla gördüyümüz işi KİV bəzən bir neçə dəqiqə içərisində cəmiyyətə uğurlu şəkildə təqdim edə bilir. Bizlər də filial olaraq bütün vicdanlı, işinin peşəkarı olan mətbuat işçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri qururuq."
Tədbirdə çıxış edən peşəkar jurnalistlər Aytəkin Alxaslı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) bölgə müxbiri Elxan Yusifli, regionda yayımlanan "Qafqaz TV"-nin rəhbəri Eltən Qədimbəyli, kanalın Xəbərlər departamentinin rəhbəri Elçin Əsəd və departamentin baş redaktoru Xanım Məmmədova filial rəhbərliyinə jurnalistlərlə dostluq münasibətləri qurduğuna, hər zaman onların suallarını vaxtında və düzgün cavablandırdığına, yeni layihələr icra etdiyinə görə təşəkkür edib, onların peşə bayramlarının bölgənin yeganə ali təhsil müəssisəsində qeyd edilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin əməkdaşı Sinan Doğan da filialın media əməkdaşları ilə olan bu təşəbbüsünü yüksək qiymətləndirib, Türkiyə və Azərbaycan əlaqələrinin qorunmasında, hər iki dövlətin tarixində KİV nümayəndələrinin rolundan bəhs edib.
Daha sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva “Şərq qadını” adlı elmi-tədqiqat xarakterli məruzə ilə, sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva isə “Bağların barı gözəl” adlı elmi-publisistik məqalə ilə çıxış edib.
Sonda ADPU-nun Quba filialının direktoru dos. Yusif Alıyevin təşəbbüsü, filialın Elmi Şurasının qərarı ilə filial ilə mütəmadi olaraq səmərəli əməkdaşlığına görə və 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalistlər Elçin Əsəd, Aytəkin Alxaslı, Xanım Məmmədova və Elxan Yusifli fəxri diplomla təltif ediliblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.