Hümbət Quliyev:
Gilənar sevinci (hekayə)
Berlində kafedə mənimlə üzbəüz masada bir alman xanımı əyləşdi. Almaniyaya təzə gəldiyimdən burada hər şey mənə maraqlı idi.
Ona yaxınlaşan ofisianta nə sifariş verdiyini yaxşı eşitməsəm də, bir azdan ofisiant xanımın masasının üzərinə kiçik tort dilimi və kofe qoydu.
Həmişəlik hafizəmə hopmuş və təfəkkürümə güclü təsir etmiş olayı yazıram.
Xanim mənimlə üzbəüz oturduğundan, mən onu etiket çərçivəsindən çıxmayaraq müşahigə edə bilirdim. Çöldə oturduğumuzdan qara eynəyim də karıma çatırdı. Hə, xanım əyləşəndə mənə gülümsəmişdi. Onun bunu qayda xatirinə etdiyini başa düşsəm də cənublu qanım cəsarətimə dəstək olurdu.
Xanıma gətirilən tort diliminin üstündə iki gilənar var idi. Gilənar olduğunu dəqiq bilirəm, çünki çox sonralar mən o sifarişi təkrar etmişdim.
Xanım əvvəl bir gilənarı tort diliminin üzərindən kiçik çəngəl və bıçaqla gözəl tərzdə götürərək boşqabının dilimdən azad hissəsinə qoydu. Yenə cəngəl və bıçaq cütlüyündən incə istifadə edərək gilənarı iki yarıya böldü. Sonra bıçağın ucu ilə gilənar dənəsini boşqabın digər tərəfinə aparıb qoydu. Gilənarın yarısını bıçağın köməkliyi ilə cəngəlin qabaq hissəsinə yerləşdirb ağzına qoydu. Onun dodaqları gilənarın arxasınca teatr pərdələri kimi yavaşca örtüldü. Pərdə arxası görünməsə də xanımın üzündəki xoşhallıqdan, gözlərini arada yummasından, yanaqların ehmal hətəkətindən hiss olunurdu ki, xanım gilənarın əsrarəngiz dadından ağız ləzzəti yaşayır. Bu ləzzətin onun bütün vücudunda əks səda doğurduğu da aydın görünürdü. O, bu halı gözümün qarşısında, tələsmədən dörd dəfə yaşadı. Dörd dəfə ruhum bədənimi tərk edib ona yaxından tamaşa etdi. Mən də onunla birlikdə dörd dəfə sehr yaşadım. Gördüklərimdən təfəkkürümün də gözləri genişlənmişdi. Sən demə, gilənarı belə də yemək olurmuş!
Mən öz gilənar yeməyimi xatırladım.
Mən onları ağzıma bir, hərdən iki-iki yerləşdirirdim. Ağzımdakını udmamış, sonrakı cütlük ağzımın qarşısında növbəsini gözləyirdi. Hərdən gilənarın dənəsini heç çıxartmırdım, sadəcə o basa- basda dənələri hiss etmirdim.
Alman xanımın gilənara münasibətindən anladım ki, mən gilənarın vətənində yaşasam da, hələ gilənar yeməmişəm. Tələsmədən, gilənarı yarı bölərək,onun şirin, lakin özünəməxsus azacıq turş, təkrarolunmaz şirin dadını ağzında incələyərək hiss edəsən. Təkcə gilənarınmı?
Anladım ki, bu xanım təkcə gilənardan deyil, hər şeydən; günəşdən, qoxudan, təmasdan,musiqidən, rənglərdən, ünsiyyətdən, yaşadığı hər andan ləzzət ala bilir. O, öz həyatını tam dolğunluğu ilə yaşayır. Tam, təfəkkür və vücud dolu yaşaya bilir bu xanım öz həyatını.
Biz də cəhd edəkmi?
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.