Şıxlar və Qəriblər kəndinin bir hissəsindəki fərdi evlər, təsərrüfatlar, turizm obyektləri, kənd yollarının bir qismi köçürüləcək, yaxud yenidən qurulacaq
Həmçinin Masallı–Yardımlı yolunda olan körpü, avtomobil yolunun az bir hissəsi yenidən qurulacaq.
Şıxlar kənd sakini Elxan Babazadənin bildirdiyinə görə, 1959-cu ildə tərtib olunan seysmoloji xəritəyə əsasən, Viləşçayın yuxarı hissəsindən 2, aşağı Ərkivan qəsəbəsi hissəsindən isə yerin 7 km dərinliyindən keçən bir zəlzələ ocağı xətti qeyd olunur ki, bunu da mütəxəssislər nəzərə almalıdır.
Viləşçay Su Anbarının 2-ci növbəsinin inşasına başlanmasına yaxın vaxtlarda start veriləcək
Masallıda Viləşçay su anbarının II növbəsinin tikintisi layihəsinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sosial-infrastruktur və tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, müvafiq rəyin verilməsi və ictimaiyyətin məlumatlandırılmasına dair növbəti ictimai dinləmələr Masallı rayonunda keçirilib.
Viləşçay su anbarının II növbəsinin tikintisinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə təşkil olunan tədbirdə su anbarları üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Vahid İşçi Qrupunun üzvləri, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edib.
Görüşdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov layihənin sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı, ortaya çıxa biləcək ekoloji məsələlərə diqqət çəkib. Qeyd edib ki, su anbarının bəndinin qaldırılması nəticəsində birinci növbədə ərazisi, müvafiq olaraq sanitar-mühafizə zolağı da genişlənəcək, ətraf əraziləri öz əhatə dairəsinə alacaq. İkincisi, su anbarının tikintisi istər-istəməz relyefə, iqlimə, qonşu ərazilərə, bir sözlə, təbiətə öz təsirini göstərəcək ki, bunlar ciddi şəkildə nəzərə alınmalıdır. Üçüncüsü, layihənin əhatə dairəsinə düşə biləcək mühüm əhəmiyyətli yol-nəqliyyat infrastrukturu, qəbiristanlıq, kommunikasiya xətləri və s. kimi sahələr diqqətlə tədqiq olunmalıdır. Dördüncüsü, bu ərazilərdə yaşayış evləri və istirahət - turizm zonaları var ki, bu da ayrı-ayrı şəxslərin mənafeyinə təsirsiz ötüşməyəcək. Ona görə çox incə, dəqiq hesablanmalı və məsuliyyət yaradan məsələdir. Ətraf mühitin qiymətləndirilməsi sənədindəki bütün standartlar nəzərə alınmalı, ekologiyaya təsir göstərən məqamlar tam şəkildə araşdırılaraq açıqlanmalı, ortaya qoyulmalıdır. Aidiyyəti qurumlar və maraqlı tərəflərin birgə səyi nəticəsində razılaşdırılıb qərar verilməlidir.
Maraqlı müzakirə şəraitində keçən dinləmədə tərəflərin də fikirləri səsləndirilib, narahatlıq doğuran məsələlər barədə söz açılıb. Qeyd olunub ki, hazırda mövcud su anbarında lillənmə səviyyəsi çoxdur, su tutumunun artırılacağı təqdirdə bəndin su sızmalarının daha da artması aşağı ərazidə yaşayan sakinlər üçün təhlükəli ola bilər. Su anbarının genişlənəcəyi və sanitar-mühafizə zolağının yaradılması ilə əlaqədar Şıxlar və Qəriblər kəndinin bir hissəsindəki fərdi evlər, təsərrüfatlar, turizm obyektləri, kənd yollarının bir qismi köçürüləcək, yaxud yenidən qurulacaq.
Şıxlar kənd sakini Elxan Babazadə Viləşçay su anbarının su balansının dəqiq öyrənilməsi, su anbarına axıdılacaq suyun miqdarının nə qədər yetərli olacağını nəzərə almağı tövsiyə edib. Onun bildirdiyinə görə, 1959-cu ildə tərtib olunan seysmoloji xəritəyə əsasən, Viləşçayın yuxarı hissəsindən 2, aşağı Ərkivan qəsəbəsi hissəsindən isə yerin 7 km dərinliyindən keçən bir zəlzələ ocağı xətti qeyd olunur ki, bunu da mütəxəssislər nəzərə almalıdır.
Layihənin baş mühəndisi Alı Alıyev bildirib ki, anbarın su həcminin artırılması və bəndin qaldırlması üzrə üç varianta baxılıb. Qərar qəbul olunaraq su səviyyəsi 87 metr, ümumi su həcmi 95 milyon kubmetr olan variant üzrə texniki iqtisadi əsaslandırma və işçi layihə sənədləri hazırlanıb. Layihəni reallaşdırmaqla içməli su təminatı üzrə illik 8 milyon kubmetr su təmizləmə gücünə malik hazırkı su anbarının potensialı 2 dəfə artırılacaq, içməli suyun keyfiyyəti yaxşılaşdırılacaq. Bundan başqa, suvarma məqsədi üçün istifadə olunacaq və qapalı borularla çəkiləcək suyun həcminin də 2 dəfə artırılması, həmçinin çirkab sularının idarə olunması baxımından da layihənin xüsusi önəmi var. Digər vacib məslələrdən biri isə su anbarının mühafizə zonasıdır. Mühafizə zonasına düşən bütün infrastruktur köçürüləcək, həmçinin Masallı–Yardımlı yolunda olan körpü, həmçinin avtomobil yolunun az bir hissəsi yenidən qurulacaq. Layihə həyata keçirilərkən müvafiq dəqiq seysmik hesablanmalar aparıldığından sızmanın olmayacağınə əminlik ifadə edilib.
Tədbirdə vətəndaş və sahibkarlara dövlət tərəfindən 20 faiz artıq nəzərdə tutulmaqla kompensasiyaların ödəniləcəyi də qeyd olunub.
İctimai dinləmədə qaldırılan məsələlər və söylənən narahatlıqlar barədə izahatlar verilib, onların bir çoxunun layihə hazırlanarkən nəzərə alındığı bildirilib.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sakinlər, həmçinin sahibkarlar tərəfindən razılıqla qarşılanıb. Onlar suvarma, həmçinin içməli su məsələlərinin tezliklə həll olunacağına ümidvar olduğunu bildirərək layihənin tezliklə həyata keçirilməsini arzulayıb, bununla əlaqədar ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin 2-ci hissəsində Masallı şəhəri Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində 2 mərtəbəli, 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi də müzakirə olunub. Xüsusilə yaşıllıqların saxlanılması ilə bağlı layihə icraçıları qarşısında müvafiq ekoloji tələblər irəli sürülüb. Adıçəkilən mövzular üzrə ictimai dinləmələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Cenub.az
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.