24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib (FOTO=24)

1 il əvvəl 792 01

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib

İyulun 14-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi Yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, 14 iyul tarixinin xalqımız üçün tarixi əhəmiyyətindən danışaraq, Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəldiyini xatırladıb. Akademik İradə Hüseynova məhz bu tarixdən başlayaraq Azərbaycanın aqrar bir ölkədən sürətlə inkişaf edən sənaye ölkəsinə çevrildiyini vurğulayıb.
Bugünkü çiçəklənən Azərbaycanın təməlində Ulu Öndərin birinci hakimiyyəti dövründə həyata keçirilən islahatların dayandığını söyləyən vitse-prezident bildirib ki, ölkəmizdə milli kadrların hazırlanması, hərbi təhsilə xüsusi önəm verilməsi və yüksəkixtisaslı hərbi kadrların yetişdirilməsi, eləcə də elm adamlarına olan diqqətin artırılması, Akademiyanın elmi, maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilməsi və s. Ümummilli Liderin xalqımız qarşısındakı çoxsaylı xidmətlərinin yalnız bir hissəsidir.
O, Azərbaycan təbiətinin böyük himayədarı Heydər Əliyevin biologiya, aqrar və tibb elmlərinin inkişafında rolu haqqında da danışıb. Qeyd edib ki, Ulu Öndər hələ ilk dəfə hakimiyyətdə olduğu illərdə ölkəmizin hər bir bölgəsində yaşıllaşdırma işlərinin aparılması, ekoloji balansın qorunub saxlanılması ilə bağlı olan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir. Akademik İradə Hüseynova əlavə edib ki, Ulu Öndərin birinci hakimiyyəti dövründə bu istiqamətdə 5 qanun layihəsinin, 32 qərarın qəbul olunması, “Azərbaycanın Qırmızı Kitabı” nın yaradılması haqqında qərarın verilməsi, həmçinin 2001-ci ildə Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması Ümummilli Liderin biologiya və aqrar sahəyə olan xüsusi diqqətinin nəticəsi olmuşdur.
Vitse-prezidentin sözlərinə görə, Ulu Öndərin birinci hakimiyyəti dövründə 15 mindən çox gənc elm, təhsil, mədəniyyət, incəsənət və digər istiqamətlər üzrə təhsil almaq üçün SSRİ-nin 50-dən çox şəhərinə göndərilmiş, müasir tələblərə cavab verən elmi müəssisələr yaradılmış, Mərkəzi Nəbatət Bağına xüsusi status verilmiş, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində sahə institutları, o cümlədən 6 yeni ali məktəb, 11 orta ixtisas təhsili məktəbi yaradılmışdır. Alim bildirib ki, qeyd olunanlarla yanaşı, sonrakı illərdə Genetik Ehtiyatlar İnstititunun yenidən təşkil olunması, Qarabağ Elmi Tədqiqat Bazasında nüfuzlu tədbirlərdən birinin keçirilməsi, Genbankın yaradılması, genetik ehtiyatlar üzrə strateji planın hazırlanması, o cümlədən institutların yubiley tədbirlərinin keçirilməsi, səhiyyə sahəsində islahatların aparılması  və s. bu istiqamətdə görülən əhəmiyyətli işlərin bir hissəsidir.
Akademik İradə Hüseynova Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələr üzrə inkişafın daha sürətli həyata keçirilməyə başlanıldığını diqqətə çatdırıb. O, Ümummilli Liderin elmə, təhsilə olan diqqət və qayğısından söz açaraq Heydər Əliyevin hər iki sahənin inkişaf etdirilməsində əvəzsiz rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri – Novruz Quliyev, Saleh Məmmədov və Əlövsət Quliyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməzliyi təmin edilib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin
“Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti barədə çıxış edən akademik İradə Hüseynova “Heydər Əliyev İli” ilə əlaqədar AMEA-da həyata keçirilən tədbirləri, görülən işləri diqqətə çatdırıb.
“Heydər Əliyev epoxası xalqımızın çoxəsrlik dövlətçilik tarixində hər zaman yaşayacaqdır”, - deyən vitse-prezident Ulu Öndərin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin nümunəvi dövlətlərdən birinə çevrildiyini vurğulayıb.
Akademik İradə Hüseynova sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə bağlı tapşırıqları haqqında çıxış edib. O, vəziyyətin real nəticələr əsasında qiymətləndirilməsi məqsədlə yaradılmış komissiyanın iclasında BTEB alimləri – Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın da iştirak etdiyini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edərək Söyüdlü kəndində qeyd olunan ərazidə yerləşən 65 metr dərinliyə malik göldə olan tullantıların məhv edilməsinin vacib məsələlərdən olduğunu qeyd edib. O, Azərbaycan alimləri qarşısında bu ərazinin torpaq, su və bitki örtüyündə dəyişikliklərin baş verməsinin araşıdırılması kimi vəzifələrin qoyulduğunu deyərək, bu məqsədlə nümunələrin götürüldüyünü və hazırda analizlərin aparıldığını bildirib.
Ümumi Yığıncaqda ölkə Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti də müzakirə olunub.
Akademik İradə Hüseynova zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə Əliyevanın yaradıcılığından bəhs edib. O, dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin elm və təhsil müəssisələrində, eləcə də səhiyyə sistemində və AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edildiyini bildirib.
Alim, həmçinin bu ilin sentyabrında AMEA Biologiya
və Tibb Elmləri Bölməsinin, AR ETN Akademik Abdulla Qarayev adına
Fiziologiya İnstitutunun və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktiki konfransın keçiriləcəyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti “Həyat elmləri və Biotibb” jurnalının akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş xüsusi buraxılışının dərc olunduğunu deyərək oftalmoloq alimin elmi fəaliyyətini əhatə edən 23 məqalədən ibarət bu nəşrin elmimiz üçün əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, akademik Zərifə Əliyevanın biblioqrafiyasının və görkəmli alimin 100 illiyinə həsr olunan monoqrafiyanın hazırlandığını və ilin sonuna kimi çap olunacağını qeyd edib.
Tədbirdə AMEA-nın 28 sentyabr 2023-cü il tarixində keçiriləcək Ümumi Yığıncağına dair müzakirələr aparılıb, Ümumi Yığıncaqda BTEB üzvlərinin iştirakının təmin ediləcəyi bildirilib.
Daha sonra torpaqşünas alim, Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsi anılıb.
Akademik İradə Hüseynova alimin həyat və fəaliyyəti barədə məlumat verərək onun elmi fəaliyyətinin torpaq ehtiyatlarının öyrənilməsinin bir çox sahəsini əhatə etdiyini söyləyib. Vitse-prezident ömrünü elmə həsr etmiş AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.
Bundan başqa, iclasda AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibləri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovun və biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadənin yubileyləri haqqında qərar qəbul edilib.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş Azərbaycan Respublikası “Qırmızı Kitab”ının III nəşri BTEB üzvlərinə təqdim olunub.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com