Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
A.Novruzovun şəhadətə yüksəlməyinin üçüncü ildönümü
İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun (12.05.1976-14.07.2020) anım günü qeyd olunub.
A.Novruzovun şəhadətə yüksəlməyinin üçüncü ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib.
Mərasimə qatılan Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhidin doğmaları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, məzarı üzərinə əklil və gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.
Anım tədbirində Anar Gülverdi oğlu Novruzovun keçdiyi döyüş yolundan, İyul döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən söz açılıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsl üçün örnək olduğu bildirilib.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.