“Gənc istedadlar” liseyinin şagirdi ABŞ-da olimpiadada qızıl medal qazanıb
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev ABŞ-ın Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında riyaziyyat üzrə qızıl medala layiq görülüb.
"Global Olympic Center"in təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kopernikus Olimpiadasının qlobal mərhələsində ölkəmizi müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.
Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.
“Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev 12 yaş qrupunda olimpiadının qalibi olub, qızıl medala layiq görülüb.
Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib.
Şagirdimizi təbrik edir və uğurlar arzulayırıq!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.