COĞRAFİYA ALİM QLOBAL İSTİLƏŞMƏYƏ TƏSİR EDƏN PROSESLƏRDƏN DANIŞIB
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a verdiyi müsahibəsində qlobal istiləşmənin gözləntilərindən danışıb.
İqlimşünas alim bununla əlaqədar Sakit okeanda vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələrinə aydınlıq gətirib. O bildirib ki, dünya okeanında baş verən bu irimiqyaslı proseslər qlobal temperaturun dəyişməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir. Hazırda son 3 ildə aktiv olan “La Nino” zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir.
S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,2 dərəcə artıb. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.