24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. ARAŞDIRMA - QALMAQAL
1. Ana Səhifə
2. Elm və Təhsil
ARAŞDIRMA - QALMAQAL Elm və Təhsil

Elçin Mirzəbəyli: Bütləri, “ilah”ları sındırmasaq, keyfiyyətli təhsil, intellekt, savad və bacarıq yeganə “tanrı”ya çevrilməyəcək

1 il əvvəl 867 01

Elçin Mirzəbəyli:

Bütləri, “ilah”ları sındırmasaq, keyfiyyətli təhsil, intellekt, savad və bacarıq yeganə “tanrı”ya çevrilməyəcək

Təhsil eksperti deyiləm, olmaq niyyətim də yoxdur. Amma kimsə düşünürsə, təhsil haqqında yazmaq, yaxud danışmaq yalnız bu sahə üzrə ixtisaslaşmış ekspertlərin işidir, yanılır. Hər halda mən belə düşünürəm və insanların, əksər hallarda sağlam, doğru düşüncəsinə görə linç edildiyi bir cəmiyyətdə, kim olursansa ol, üzərərinə gəlmək istəyənlər, onsuz da öz niyyətlərini bir bəhanə tapıb həyata keçirəcəklər.

Dialoqun, sivil müzakirənin, problemlər barədə açıq, qərəzsiz, faktlar, statistik göstəricilər və real, arqumentləşdirilmiş təhlilə söykənən məlumatlar əsasında danışmağın, mədəni davranışın zəiflik, gücsüzlük və bəzən də qorxaqlıq kimi qəbul edildiyi bir ortamda, doğru bildiyini və həm də aydın, səlis, hər kəsin anlaya biləcəyi, çığır-bağır salmadan, kimsəni suçlamadan demək çox çətindir.

Bizim toplum olaraq problemimiz ondadır ki, özümüzü, əslində bütün cəmiyyəti ağuşuna alan problemlərdən kənarda görürük. Məsələn, böyük əksəriyyət elə düşünür ki, təhsil sahəsində aparılan islahatlar, ondan, ailə üzvlərindən, yaxınlarından kənarda baş verməlidir. O isə düşüncəsində, yaşam tərzində, həyat fəlsəfəsində heç bir dəyişiklik etməməli, ənənəvi, daha doğrusu, elə onun kimilərin ənənəyə çevirdiyi üsullarla, vasitələrlə “yol”una davam etməlidir. Yəni saxta yollarla, yaxud keyfiyyətli təhsil görmədən, rüşvətlə, xahişlə, minnətlə diplom almalı və hələ bu azmış kimi, onlarla, yüzlərlə insanı öz savadsızlığının, bacarıqsızlığının girovuna çevirməlidir. Və daha sonra isə təfəkkürü kimi qüsurlu cümlələrlə, anonim adlar altında qeydiyyatdan keçdiyi sosial şəbəkələrdə özündən başqa hər kəsi, ilk növbədə isə məktəbi, təhsili günahlandırmalıdır...

Bizə elə gəlir ki, təhsil bizdən kənarda, haradasa uzaq bir planetdə mövcud olan sistemdir və təhsil görəvliləri həmin planetdə təhsili ideal bir vəziyyətə gətirməli, sonra isə həmin planeti göydən düz qapımızın ağzına endirib “qapılarını” taybatay üzümüzə açmalıdırlar. Belə olmur. Cəmiyyətin, ən azı 70%-nin düşüncəsi dəyişməyincə, nə təhsildə, nə də digər sahələrdə nəticəyönlü dəyişikliklərə nail olmaq mümkün olmayacaq. Biz fərd və toplum olaraq, özümüzdən başqa, mübaliğəli görünsə də, heç kim xilas edə bilməz.

...Artıq ikinci ildir ki, müəllimlərin sertifikasiya imtahanlarını müşahidə edirəm, nəticələri və bu nəticələrə söykənən təhlilləri oxuyuram. Qənaətim də ondan ibarətdir ki, savadsızları, qeyri-peşəkarları ələməyincə, şəffaflığı təmin etməyincə, ölkəmizdə keyfiyyətli və əlçatan təhsil sistemi formalaşdırmaq mümkün olmayacaq. Bunun üçün isə, ilk növbədə daşlaşmış streotipləri dağıtmaq, yerlə bir etmək lazımdır. Bizi saxtakarlığa sövq edən, savad, istedad və bacarıq olmadan, müxtəlif əyri yollarla, bəsit əyalət hiyləgərliyi ilə “hədəfə” çatmağımıza imkan yaradan və ilk növbədə məişətimizdə hökm sürən bütün yazılmamış “qanun”lardan xilas olmalıyıq. Bütləri, “ilah”ları sındırmasaq, keyfiyyətli təhsil, intellekt, savad və bacarıq yeganə “tanrı”ya çevrilməyəcək.

Bu baxımdan da, Təhsil nazirinin bu sahədə mövcud olan problemlər haqqında açıq və pafossuz fikirlərini topa tutmaq lazım deyil. Əksəriyyətimiz övladlarımızı ali məktəbə hazırlaşdırmaq üçün, bəlli bir zaman kəsiyində savadlı repetitor axtarışına çıxırıq və sonra isə məktəbi, müəllimləri və bütövlükdə təhsil sistemini ən ağır ittihamlarla “süsləyirik”. İndi övladlarımıza savadlı müəllimlərin dərs deməsi üçün seryifikasiya imtahanları keçirilir və bu, həm də ona xidmət edir ki, orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti artsın və biz də “savadlı repetitor” axtarışına çıxmayaq. O zaman təhsil sahəsində həyata keçirilən islahatlara qarşı bu neqativ axınının səbəbi nədir? Biz nə istəyirik? Sosial şəbəkələrdə aparılan müzakirələrdən belə anlaşılır ki, biz eyni zamanda həm dəyişiklik istəyirik, həm də hər şeyin əvvəlki kimi qalmasını... Həm istəyirik ki, övladlarımıza savadlı müəllimlər dərs desin, həm də bacımızın, qardaşımızın savadsız övladlarının sertifikasiyadan keçmədən “savadsızlar ordusu” yetişdirməyə davam etmələrini arzulayırıq...

Mən bu iki istəyin bir arada olmasını təsəvvür edə bilmirəm.

Həzarat, əgər sizin bir-biri ilə ziddiyyət təşkil edən arzularınızı bir araya gətirib ideal təhsil sistemi yarada biləcək formulunuz varsa, buyurun, açıqlayın.

Amma öncə nə istədiyinizi müəyyənləşdirin...

Elçin Mirzəbəyli

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com