24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

AMEA ilə ULAKBİM arasında elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüş keçirilib (FOTO=7)

1 il əvvəl 698 01

AMEA ilə ULAKBİM arasında elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) nümayəndələri arasında “Zoom” platforması vasitəsilə onlayn görüşü keçirilib.
Görüşün keçirilməsində məqsəd AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili məsələlərinin müzakirəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.
Görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ULAKBİM-in nümayəndələrini salamlayıb, son illərdə ölkələrimiz arasında əlaqələrin dövlət başçılarımızın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Azərbaycanla Türkiyənin bütün sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsi ərzində başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, 85 milyonluq Türkiyə xalqının dəstəyini daim xatırlayır, öz minnətdarlığını bildirir və heç bir zaman da unutmayacaqdır. AMEA rəhbəri, eyni zamanda ölkəmizin də Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkədə baş vermiş meşə yanğınları və dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə öz dəstəyini əsirgəmədiyini bildirib.
Bu gün Azərbaycanla Türkiyənin dostluq, həmrəylik münasibətlərinin dünya üçün nümunə olduğunu deyən akademik İsa Həbibbəyli son illərdə Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Türk Dövlətləri Təşkilatının fəaliyyətinin aktiv şəkildə canlandığını, Ulu Öndərin “Bir millət, iki dövlət” şüarının artıq Özbəkistanın, Qazaxıstanın və digər türk dövlətlərinin iştirakı ilə genişlənməyə doğru getdiyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA ilə TÜBİTAK-ın uzun illərdir səmərəli əməkdaşlıq etdiyini, qurumun rəhbəri, professor Hasan Mandalla görüşləri zamanı elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığa dair müzakirələrin aparıldığını deyib. Qeyd edib ki, bu gün qarşıda duran başlıca məqsəd yeniləşən Akademiya yaratmaqdır və yeniləşən Akademiyada əsas hədəfimiz isə dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurları cəmiyyətimizə, dünyaya təqdim etməklə bərabər, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsidir.
“Əgər beş il əvvəl İnformasiya Texnologiyaları Cəmiyyətindən danışırdıqsa, artıq elektron dünyanın yarandığını demək mümkündür. Biz Vikipediyada Azərbaycanın yerini qüvvətləndirmək istəyirik. Akademiyanın institutlarının saytlarının müasir dövrün tələblərinə uyğun yenilənməsi, bir neçə dildə fəaliyyət göstərməsi istiqamətində işlər davam etdirilir. “Google Scholar” və digər elmi platformalarda alimlərimizin akademik profillərinin açılması yönündə fəaliyyətimiz genişlənməkdədir. Həmçinin elmi nəşrlərimizin beynəlxalq bazalarda yerləşdirilməsinə çalışırıq. AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsində maraqlıyıq. Bundan əlavə, humanitar və ictimai elmləri əhatə edən jurnallarımızın beynəlxalq bazalara daxil edilməsi qarşıdakı hədəflərimizdəndir. Beynəlxalq elmi reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması istiqamətində çalışırıq və bütün bu işləri qardaş Türkiyə ilə birgə görmək istəyirik. Bunun üçün MDB məkanında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında elektron xidmətlərin təşkili üçün “Elektron Akademiya” şöbəsi yaradılıb. Alimlərimizin məqalələrinə DOİ almaq istiqamətində işlər yekunlaşır. Elektron xidmətlər sahəsində birgə yol xəritəsini müəyyənləşdirməyi planlaşdırırıq”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
AMEA prezidenti, həmçinin Akademiyanı və elmi nailiyyətlərimizi tanıtmaq üçün elmi-populyar nəşrlərə ehtiyac olduğunu, bu istiqamətdə TÜBİTAK-ın böyük təcrübəsindən istifadə edilə biləcəyini söyləyib.
Sonra ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu çıxış edərək AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını, Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi verəcəklərini bildirib. Qeyd edib ki, bu gün ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir və bu da elmi qurumlarımızın bir-birinə dəstək verməsinə, birgə irəliləməsinə yeni üfüqlər açır.
Mehmet Mirat ULAKBİM-in Dərgi Park elektron bazasından əlavə, türk dövlətlərinin istifadəsi üçün “Web of Science” elmmetrik bazasına bənzər yeni indeks üzərində çalışdıqlarını söyləyib.
Görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, həmin şöbənin baş mütəxəssisi Aida Tağıyeva, “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək ULAKBİM tərəfindən Türk dünyası üçün indeksin hazırlanmasını yüksək qiymətləndirib, görüşün Akademiyanın elektron mühitə inteqrasiyası baxımından əhəmiyyətinə toxunub, AMEA-nın nəşrlərinin ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi və bu sayədə alimlərimizin istinad göstəricilərinin yüksəlməsi, TÜBİTAK-ın elmi-populyar nəşrləri istiqamətində birgə əməkdaşlıq və s. barədə təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli görüşü yüksək qiymətləndirib, AMEA-nın tarixində yeni bir mərhələnin açıldığını və yeniləşən Akademiya uğrunda qarşıya qoyulan hədəflərə çatmaq üçün nəzərdə tutulan fəaliyyətin bundan sonra da inamla davam etdiriləcəyini söyləyib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com