Polşanın Gdansk Texnologiya Universitetinin professoru BDU-da elmi seminar keçirib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Polşa Respublikasının Gdansk Texnologiya Universitetinin Biologiya fakültəsinin Genetika və biosistematika kafedrasının professoru Barbara Vojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun tətbiqi” mövzusunda elmi seminar keçirilib.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Bofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçı və ekoloqların qatıldığı elmi seminarda məruzəçi tədqiq etdiyi su mühitinin xarakteristikası və bentos orqanizmlərin sistematik qrupları haqqında ətraflı məlumat verib. Polşalı alim çirklənmiş su mühitinin ekoloji qiymətləndirilməsi üçün yeni metodun məzmununu təqdim edib.
Barbara Vojtasik həmçinin su hövzələrində bentoc növlərin indikator xüsusiyyətini, hidromorfoloji, hidrofiziki, hidrokimyəvi rejimləri haqqında tədqiqatlardan əldə edilən nəticələri diqqətə çatdırıb.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.