Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
Yanvarın 24-də bakalavriatura səviyyəsində 195 qrup üzrə 4298 tələbə, magistratura səviyyəsində 108 ixtisaslaşma üzrə 523 tələbə imtahan verib. Ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.
Sessiya fevralın 3-dək davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.