Hümbət Quliyev:
"Çorək və tamaşa” (esse)
Qədim Roma şairi və satiriki Yuvenal başlığa çıxartdığım ifadə ilə qədim Roma xalqının arzularını ifadə etmişdi. O, bu ifadəni istehza ilə demişdi, yəni romalılara çorək verib başını tamaşalarla qatsan, daha heç nə haqda düşünməzlər.
Sonradan çox insanlar öz xalqları üçün bu ifadəni dəfələrlə təkrar edib. Ardıcıllıq, yəni əvvəl "çorək" sonra "tamaşa" tarix boyu saxlanılıb. İfadənin birinci hissəsi bu gün də olduğu kimi qalıb, çünki ağız son min ildə heç dəyişməyib. Min il bundan qabaq ağız çörəyi necə çeynəyirdisə, indi də həmən uğurla çeynəyir. İfadənin ikinci hissəsi olan "tamaşa" çox dəyişib. Qədim Romada tamaşa çox az idi, daha dəqiq desək elə bir dənə idi. Camaat Kolizey adlı arenaya toplaşıb qulların vuruşmalarına baxardı.
İndi yüzlərlə tamaşa növü icad olunub. Bu hissəyə də hər xalqın öz töhfəsi var.
Yuvenal dirilib Azərbaycana gəlsəydi, çox təəccüblənərdi. Əvvəla onu bizdə adambaşına düşən tamaşaxanaların sayı bərk təəccübləndirərdi. İkinci dəfə o bizim yerli televiziyalarda gedən sonsuz tamaşalara baxıb heyrətə gələrdi. Onu şoka salan olay isə o olardı ki, bizdə əksər insanların çörəyi elə bu tamaşalardan çıxır.
Bizim ona yazığımız gələrdi və ona heç vaxt deməzdik k, bizim " aclıq olsun,kef olsun" ifadəmiz də var.
Təbii ki, biz onu yedirib, içirib, hələ bir hədiyyə də alıb, geri Romaya yola salardıq. Qoy o, romalılara danışsın ki, gələcəkdə necə kreativ millətlər olacaq…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.