AMEA-nın prezidenti Şəki Regional Elmi Mərkəzində olub
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Şəki Regional Elmi Mərkəzində olub, bu elmi qurumun iş şəraiti, maddi-texniki bazası və fəaliyyəti ilə tanış olub.
AMEA-nın rəhbəri Şəki Regional Elmi Mərkəzinin kollektivi ilə keçirilən görüşdə çıxış edib. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar cari ildə AMEA-da həyata keçirilən və nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verən AMEA rəhbəri qarşıda duran vəzifələr barədə danışıb. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına, ölkə Prezidenti İlham Əliyevin yeritdiyi qlobal siyasətə və XXI əsrin çağırışlarına uyğun olaraq Milli Elmlər Akademiyası sistemində aparılan islahatları diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətində və elmi-tədqiqat institutlarındakı struktur islahatları, kadr dəyişiklikləri, elmi-tədqiqat istiqamətlərinin yeniləşdirilməsi haqqında məlumat verib.
Şəki REM-in direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AMEA prezidentini rəhbərlik etdiyi müəssisənin kollektivi adından salamlayıb, REM-in tarixində AMEA prezidentinin ilk dəfə olaraq Şəki Elmi Mərkəzinə gəlməsini əlamətdar hadisə kimi səciyyələndirib. Dosent Yusif Şükürlü başçılıq etdiyi elmi kollektivin əldə etdiyi nailiyyətləri qeyd edərək qurumun müvafiq şöbələrində həyata keçirilən elmi-tədqiqat planlarının vəziyyəti barədə Akademiya prezidentini məlumatlandırıb.
Sonra Akademiya üzrə aparılan islahatların fonunda bu regional elmi mərkəzin qarşısında duran vəzifələr müzakirə edilib.
Görüşdə Mərkəzin elmi-təşkilati fəaliyyətinin icrası və mövcud problemləri barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müzakirələrdə çıxış edən Şəki Regional Elmi Mərkəzinin şöbə müdirləri və əməkdaşları regionun ədəbi-mədəni mühitinin, coğrafi şəraitinin və iqtisadiyyatının öyrənilib araşdırılması istiqamətində, bölgədə ziyalı mühitinin formalaşdırılması və inkişaf etdirilməsində Mərkəzin rolundan bəhs edib, qarşıda duran vəzifələrdən söz açıblar.
Müzakirələrdə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və müasir tələblər baxımından yeniləşdirilməsi zərurətindən danışılıb. Elmi Mərkəzin humanitar və ictimai elmlər sahəsində fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar təkliflər nəzərdən keçirilib, müvafiq qərarların qəbul edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması zərurəti diqqətə çatdırılıb.
AMEA prezidenti İsa Həbibbəyli verilən məlumatlara, edilən təkliflərə münasibətini bildirib, görüş zamanı səsləndirilən problemlərin AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacağını və müvafiq qərarların qəbul ediləcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli həmçinin Ümümmilli lider Heydər Əliyevin Şəki regionuna səfərlərini, burada iqtisadi və mədəni inkişafın təmin edilməsindəki əvəzsiz rolunu xüsusi qeyd edərək, Elmi Mərkəz tərəfindən “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki” adlı kitabın nəşrə hazırlanması barədə müvafiq tapşırıqlarını verib. Eyni zamanda, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşan Şəkinin yumorunun geniş həcmdə toplanması və nəşrə hazırlanmasının əhəmiyyəti və müqayisəli təhlili akademik İsa Həbibbəyli tərəfindən ifadə olunub.
Daha sonra akademik İsa Həbibbəyli Şəki REM-dəki “Baramaçılıq” şöbəsinin elmi-tədqiqat işləri və seleksiyası ilə yaxından tanış olub, bu istiqamətdə əməkdaşlarla müzakirələr aparıb.
Görüşün sonunda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şəki REM-ə AMEA-da hazırlanmış ikicildlik Azərbaycan Respublikaısnın “Qırmızı Kitab”ını hədiyyə edib, kollektivlə xatirə şəkli çəkdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.