“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyində “Zəfər müjdəli Müzəffər Ordu” adlı görüş, Hərbi Qənimətlər Parkına və Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.
Parlaq gələcəyin təminatçısı olan gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlar arasında hərb elminə marağın yaradılması, hərb tariximiz, tarixi Zəfərimiz və öz tarixi missiyasını yerinə yetirən rəşadətli Ordumuz haqqında məlumatlılığın artırılması məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi-ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun iştirakı ilə görüş baş tutub. “Zəfər müjdəli Müzəffər Ordu” adlı görüşdə müasir və güclü arsenala malik olan Azərbaycan Ordusunun tarixi inkişaf mərhələləri, istər Aprel döyüşlərində, istərsə də, 44 günlük Vətən müharibəsində yüksək döyüş ruhu və onun qazandırdığı tarixi Qələbə haqqında danışılıb. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurtuluşu və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi əzəmətli və güclü Azərbaycan Ordusu da məhz dahi liderin mötəbər siyasətinin göstəricisidir. Şübhəsiz ki, həmin bu siyasət bu gün də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ordumuz günü-gündən güclənən, döyüş qabiliyyətini artıran eyni zamanda NATO standartlarına cavab verən modern ordu olaraq formalaşmışdır. Biz bunu əyani şəkildə böyük qələbəmizin ilk qığılcımı kimi qiymətləndirdiyimiz Aprel döyüşlərində, daha geniş miqyasda isə Vətən müharibəsində bir daha şahidi olduq.
İnteraktiv şəkildə baş tutan görüşdə gənclər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər.
Tədbirin sonunda “Böyük Qayıdış” Gənclər Təşkilatının fəaliyyətində aktiv iştirak edən Vətən müharibəsi qaziləri təltif edilib.
Keçirilən tədbirlər çərçivəsində Şanlı zəfərimizin, Müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaətin yekunu, xalqımızın qürur ünvanı olan Hərbi Qənimətlər Parkına və Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub. İlkin olaraq Hərbi Qənimətlər Parkında həyata keçirilən ekskursiyada iştirak edən gənclər Vətən müharibəsi zamanı düşməndən qənimət kimi götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Şuşaya atılmış "İsgəndər-M" raketinin qalıqları ilə tanış olub, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat əldə ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinə təşkil olunan ekskursiyada iştirak edən gənclər açıq səma altında qoşun növləri üzrə hərbi texnikadan ibarət ekspozisiyanı, muzeyin daxilində isə qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət ediblər. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.