Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əngəlsiz İNCƏsənət” layihəsi başa çatıb.
Yeniyetmə və gənclər arasında gənc istedadların, onların bacarıqlarının üzə çıxarılması, onların incəsənətin hansı qolunu seçməsindən asılı olmayaraq lazımı istiqamətlərin verilməsi, seçdikləri istiqamətdə keçirilən təlim və müsabiqələrdə özlərini doğrultması istiqamətində töhvə verməyi qarşıya məqsəd qoyan layihədə orta məktəb şagirdləri, universitet, kollec tələbələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclər iştirak edib.
Layihə çərçivəsində iştirakçılar incəsənətin qolları, rənglərin ahəngi haqqında məlumatlar əldə ediblər. Fərdi və komanda işi zamanı istədikləri mövzuda rəsm çəkən gənclər istifadə etdikləri rənglərin mənalarını izah ediblər. Həmçinin rənglərin həyatımıza təsirləri haqqında müzakirələr aparılıb. Sonda iştirakçılar layihədə fəal iştirak etdikləri üçün sertifikatla təltif ediliblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.