“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd sakinləri ilə növbəti görüş keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) Göygöl rayonunun Tülallar kəndinin sakinləri ilə növbəti görüşü keçirilib.
“AzerGold” QSC-nin cari ildən hasilat işlərinə başladığı “Tülallar” mədəninin yaxınlığında yerləşən eyniadlı kəndin sakinləri ilə görüşdə sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərlə bağlı müzakirələr aparılıb. Görüşdə kənd sakinlərinə “Tülallar” qızıl mədəninin istismar planı barədə məlumat verilib.
Bildirilib ki, SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alınmış “Tülallar” qızıl yatağının resurslarının emalı prosesi Daşkəsən rayonunda, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. Bu məqsədlə “Tülallar” mədənindən ÇİRES istiqamətində yaşayış məskənlərindən maksimum kənar olmaqla ən qısa nəqliyyat əlaqəsinin təmin edilməsi üçün QSC-nin sifarişi əsasında ümumi uzunluğu 23 km olan Tülallar-Zurnabad-Gəncə qəsəbəsi, Kərəmli kəndətrafı, Quşçu kəndətrafı avtomobil yolları inşa edilib. Nəticədə Göygöl rayonunun Tülallar kəndi ilə Daşkəsən rayonunun Çovdar kəndi arasında yol məsafəsinin 80 km-dən 50 km-dək qısaldılmasına nail olunub. İstifadəyə verilən yeni yol təkcə mədən və istehsalat sahəsi arasında nəqliyyat əlaqəsini yox, həm də vətəndaşların daha rahat gediş-gəlişini təmin etməkdədir.
Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, ölkəmizin qeyri-neft sektorunun inkişafı, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılması baxımından mühüm töhfələr vəd edir. Artıq fəaliyyətə cəlb edilən yerli sakinlərin timsalında bunun müsbət təsirlərinin hiss olunduğu diqqətə çatdırılıb.
Daha sonra yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Bildirilib ki, hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.